Adamiya aprelin ən yaxşısıdır

single-news
28 May 2010

Adamiya aprelin ən yaxşısıdır



`Qarabağ`ımızın futbolçuları mükafatları almaqda davam edir. Premyerliqanın baş sponsoru `Unibank`ın ənənəvi olaraq keçirdiyi `ayın ən yaxşı oyunçusu`nun növbəti lauretları bəlli oldu. Sevindirci haldır ki, `Qarabağ`ımızın üzvü Georgi Adamiya aprel ayının ən yaxşı futbolçusu seçilib. Nəzərinizə çatdıraq ki, bu müsabiqənin keçirildiyi qısa zaman ərzində `Qarabağ`lı futbolçuların aldığı 3-cü mükafatdır. Buna qədər Vaqif Cavadov və Əfran İsmayılov ayın ən yaxşısı olmuşdular. Mayın ən yaxşı oyunçusu isə `Bakı`nın üzvü Aleksandr Şoliç seçilib.

`Dalğa Plaza`da keçirilən mərasimdə PFL-in prezidenti Ramin Musayevlə yanaşı Unibankın idarə heyətinin sədri Faiq Hüseynov və çoxsaylı mətbuat nümayəndələri iştirak edib.

Paylaş

// pop up