Adamiya Mayın ən yaxşısıdır
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
27 May 2011
Adamiya Mayın ən yaxşısıdır
Premyerliqanın baş sponsoru Unibankın təsis etdiyi ayın ən yaxşı oyunçusu müsabiqəsində son qaliblər məlum olub. Mövsümün son ayı olduğu üçün tədbir qala-gecə kimi qeyd olundu. İlk olaraq Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev çıxış etdi. Ramin bəy geridə buraxdığımız mövsümü dəyərləndirərək arxada qalan futbol ilini müsbət qiymətləndirdi. Ardınca Aprel və May ayının nominantları açıqlandı. İlk olaraq Aprel ayının ən yaxşısı elan olundu. Klubların baş məşqçiləri, kapitanları eləcədə KİV-in qatıldığı səsvermədə `Xəzər-Lənkəran`ın hücumçusu Uinston Parks qalib seçildi. Ardınca May ayının qalibi məlum oldu. Gözlənildiyi kimi, son ayı olduqca məhsuldar keçirən, premyerliqanın bombardiri adını qazanan `Qarabağ`ımızın forvardı Georgi Adamiya ən yaxşı seçildi. Respondentlərin 50 faizdən çox səsini qazanan 30 yaşı forvardımız Gürcüstan millisinə çağrıldığı üçün mükafatını klubumuzun nümayəndəsi aldı. Xatırladaq ki, bu `Adam`ın 2-ci belə analoji uğurudur.