Adamiya `Qarabağ`ın qələbəsini istəyir

single-news
14 Apr 2010

Adamiya `Qarabağ`ın qələbəsini istəyir



`Qarabağ`ımızın son matçda tarixi derbidə `Neftçi`ni məğlub etməsində heç şübhəsiz onun rolu çox böyükdür. Georgi Adamiya `ağ-qaralar`la mübarizədə fantastik qol vurmaqla yanaşı Rauf Əliyevə də `al da vur` deyiləcək ötürmə verdi. Sabiq komandasıyla oyunda qələbəyə töhfə verən Adamiya qarşıdan  gələn həftə daha bir köhnə klubuyla qarşılaşacaq. Görəsən, 28 yaşlı forvard bu barədə nə düşünür:` Əlbəttə, qol vurmaq istənilən futbolçuya psixoloji üstünlük verir. Özünəinamın artır. Təbii ki, derbidə qol vurmaq xoşdu. Amma bu tək mənim əməyim deyil. Komandam yoldaşlarım topla əla rəftar etməsi işimi asanlaşdırır. Belədə daha topu və meydanı daha rahat hiss edirəm. Qoldan başqa mənə verilən ötürmədə də ustalığı qeyd etmək lazımdır. Bu dəfə Əfran, `Qəbələ` ilə oyunda Aslan,  Lənkəranda isə Elvin məni düzgün mövqeyə çıxarmışdılar. Ona görə də, oyundaşlarıma təşəkkür düşür.

O ki, qaldı sabiq komanda məsələsinə. Biz peşəkar futbolçularıq.  Şərəfini qoruduğumuz komandanın uğuru üçün sona qədər mübarizə aparmalıyıq. Təbii ki, `Bakı`yla oyunda da fərqlənmək istərdim. Amma 3 xalı məmnuniyyətlə qolumla dəyişərdim. Qələbə qazancağımız halda qol vursam o lap əla olar. İstənilən mən komanda futbolçusuyam və komandam qələbə qazanmaq üçün nə lazımdısa edəcəm.`

Paylaş

// pop up