Adamiya tarixə düşmək istəyir
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/4968.jpg)
22 Fev 2011
Adamiya tarixə düşmək istəyir
Onu Azərbaycanın ən sabit legionerlərindən saymaq olar. Sabitdirsə deməli 7 ildir Azərbaycan futbolunda top qovan Georgi Adamiya futbolsevərlərin xatirəsində xoş məqamlarla yadda qalıb. Ötən qışdan `Qarabağ`ın sıralaranda olan 29 yaşlı gürcü forvard cari mövsümdə vurduğu 8 qolla Azərbaycan çempionatında vurduğu qolların sayını 43-ə yüksəldib. Bununlada Georgi Azərbaycanda top qovmuş legionerlər arasında məhsuldarlığa görə Badri Kvaratsxeliyadan sonra 2-ci sıraya yüksəldi. Qış fasiləsindən sonra hər 2 oyunda fərqlənən `Adam` özəlliklə, `Gəncə` ilə oyunda vurduğu əla qolla formada olduğunu göstərdi. Bununla da qış fasiləsinə kimi durğun görsənən Adamiya yenidən işə düşdü:`Son 2 oyunda qol vurmağım təbii ki sevindiricidir. `Gəncə`ylə oyunda 3 xal qazanmağımız tək qolla olduğundan daha yadda qalan oldu (gülür). Əsas odur ki, komandamız qələbə qazanır. İlk dövrənin sonlarında zəif çıxış etməyimə gəlincə. Deyərdim ki, bir qədər yorğunluq vardı. Baş məşqçimiz də bunu vurğulamışdı. Avrokuboklardan başlayaraq istirahət etməmişdik. Amma qış fasiləsində uzun müddətdən sonra yaxşı dincəlmək şansı oldu. Antalyada keçdiyimiz təlim-məşq toplanışında da yaxşı hazırlıq keçdik. Son 2 oyuna çox konsentrasiya olmuşdum. Futbol belə bir şeydi. `Gəncə` ilə oyunda 2 imkanım oldu. Birinci daha real olsa da, 2-cidən yararlandım. Badridən sonra 2-ci olmağımı sizdən eşidirəm. Konkret qol sayını bilməsəm də, 40-dan çox qox vurduğumu bilirdim (gülür). Badriyə çatmaq üçün nə qədər qol vurmalıyam? 28? Bir az çox oldu? (gülür). Görək də nə olur? Təbii ki, Azərbaycanın futbol tarixinə düşmək istəyərəm. Çalışacam ki, qollarımın sayı artsın. Çətin olsa da, mümkünsüz deyil. İnşallah, `Qarabağ` hər oyunda qələbə qazandıqca mənim də qollarımın sayı artacaq.