Adamiya:`Ən azı ötən mövsüm təkrarlanmalıdır`

Adamiya:`Ən azı ötən mövsüm təkrarlanmalıdır`
`Qarabağ`ımızın qışda sıralarına qatdığı Adamiya tez bir zamanda möhtəşəm formaya qovuşaraq `Qarabağ`ın uğurlarında böyük paya sahib oldu. Hücumameyilli yarımmüdafiəçi Peşəkar Futbol Liqası (PFL) və qurumun rəsmi sponsoru Unibankın ənənəvi olaraq hər ay keçirdiyi ayın ən yaxşı oyunçusu müsabiqəsində aprel ayının ən yaxşısı seçildi. 28 yaşlı futbolçu vətənində olduğu üçün mükafatı ala bilməsə də, saytımıza verdiyi açıqlamada səsverənlərə təşəkkür etməklə yanaşı, gələcək planları barəsində də danışıb:` Mənə səsverənlərin hər birinə öz təşəkkürümü bildirirəm. Bu bir tərəfdən gözlənilməz olsa da, komandamızın sonda uğurlu çıxışı diqqətəlayiq idi. `Qarabağ`a tez bir zamanda uyğunlaşmağımda komandada əla kollektivin olması böyük rol oynadı. `Qarabağ` sübut etdi ki, məni sıradan silmək çox tezdi. Bütün oyundaşlarıma eləcə də kluba mənə verdikləri dəstəyə görə təşəkkür edirəm. İnşallah, gələn mövsüm bu il son anda əldən qaçırdığımız çempionluğa qovuşarıq. İlk növbədə isə avrokuboklar gəlir. Ötən il `Qarabağ`ın Avroliqada möhtəşəm uğuru böyük sevinc yaratmışdı. İnanıram ki, bu ildə azarkeşlərimizi ən azı ötən mövsüm olduğu qədər sevindirəcəyik.`