ADINA LAYIQ “QARABAĞ”! (FANAT, 02.02.2007)
2 Fev 2007
ADINA LAYIQ “QARABAĞ”! (FANAT, 02.02.2007)
Heç şübhəsiz, hər komandanın öz simvolu ə ya təmsil etdiyi şəhərin adı ilə bağlılığı olur. Bu, bəzən həmin komandanın adında və ya loqosunda öz əksini tapır. Cox uzağa getməyək, “Beşiktaş”- “Qara qartal”, “Dənizlispor”- “xoruzlar”, “Valensiya”- “yarasalar” və bukimi bənzətmələrdünyanın istənilən ölkəsində var. Dənizli şəhəri yetişdirdiyi xoruzlarla məhşur olduğu üçün komandaya “xoruz”lar ləqəbi veriblər.
Bəs ölkəmizdə komndalarımızın loqoları nə məna daşıyır? Nə vaxt, necə yaranıb? Neçə dəfə dəyişikliyə məruz qalıb? Komandayla bağlılığı nədir? Bu suallara cavab axtardıqca ən gözəl və komandanın adına uyğunlaşan loqonu seçməyi siz oxucuların üzərinə buraxırıq. Biz də öz növbəmizdə “Fanat” qəzeti olaraq, bütün emblemləri sırasıyla sizin nəzərinizə çatdıracayıq. Maraqlıdır ki, əksər komandaların və onların rəmzlərinin yaranması yaxın keçmişə -2004-cü ilə təsadüf edir.
AD-SANI İLƏ QARABAĞ
Ən gözəl loqonun “Qarabağ”da olduğunu desək yəqin ki, yanılmarıq. Həm komandanın adı həm də onun emblemi yerli-yerindədir. Maraqlıdır ki, klubun loqotipinin bu hala gəlməsi üçün düz dörd dəfə dəyişikliyə məruz qalıb. Dizayneri həmyerlimiz Samir Patradır. 2003-cü ildə yaranıb və qəbul olunub. Qarabağ bölgəsi yetişdirdiyi atlarla məşhurdur ki, məhz bu amil loqonun üzərində öz əksini tapıb. Klubun rəsmi saytında bu barədə yazılıb: Klubun emblemi yuxarıda göstərilən şəkildədir. Qarabağın rəmzi olan atlar emblemə yerləşdirilib. Atların çox güclü olması və eyni səmtə baxması birliyin göstəricisi eyni zamanda nizam-intizama bir işarədir. Klubun əsas rəmzi rəngləri tünd göy və ağdır.