Admir Teli Azərbaycanda rekord qırır (apasport.az)
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
13 Avq 2012
Admir Teli Azərbaycanda rekord qırır (apasport.az)
“Qarabağ”ın albaniyalı futbolçusu Admir Teli rekorddan doymur. Apasport.az saytının məlumatına görə, müdafiəçi Premyer Liqamızda əvəzolunmadan ardıcıl oyun seriyasında rekord qırmaqda davam edir. Ötən çempionatımızda bütün oyunları əvəzolunmadan keçirən Telinin hesabında hazırda 48 belə oyun var.
Əvvəllər bu rekord Azad Mütəllimova məxsus olub. Keçmiş futbolçu və hakimin aktivində 44 oyun olub. 1994-cü ildən bəri bu rekordu qıran olmamışdı. Hazırda daha çox əvəzolunmadan meydanda olan futbolçuların siyahısı belədir:
1. Admir Teli (“Qarabağ”) - 48
2. Denis İvanov (“Bakı”) - 17
3. Radomir Todorov (“Xəzər L”) - 14
4. Şahin Kərimov (“Kəpəz”) - 14
5. Aleksandr Şemonayev (“Simurq”) - 12
6. Samir Abasov (“Sumqayıt”) - 12
7. Eder Bonfim (“Xəzər L”) - 11
8. Adrian Pit (“Xəzər L”) - 11
9. Yuri Fomenko (“Kəpəz”) - 11
Qeyd edək ki, Admir 2009-cu ilin qışından Premyer Liqamızda oynayır.
Rasim Əliyev