Admir Teli ən yaxşı legionerdir - sorğu
Admir Teli ən yaxşı legionerdir - sorğu
`Qarabağ` ın azarkeş saytı olan www.imaretfc.com saytı `Qarabağ`ımızın bütün yönləri ilə işıqlandırmasıyla fərqlənir. Saytda bu dəfə azarkeşlərdən `Qarabağ`da oynamış ən yaxşı legionerin kim olmasıyla bağlı sorğu qoyulub. Azarkeşlərin fikrincə `Qarabağ`ın ən yaxşı legioneri Admir Telidir. Albaniya millisinin 28 yaşlı üzvü ötən ilin qışından `Qarabağ`ımızın formasını geyinir. Ötən ilin kubokun qazanılmasında, cari mövsümdə avroliqada tarix yazan komandanın aparıcı siması olan Admir səslərin 38 faizini toplayıb. İkinci sırada isə 2005-ci ilin ikinci yarısında komandamızda top qovmuş Sergey Kravçenko qərarlaşıb. `Qarabağ`dan ayrıldıqdan sonra `Dinamo` Kiyevə trasfer olunan, Ukrayna millisinə qədər yüksələn, hazırda `Dnepr`in şərəfini qoruyan 27 yaşlı yarımmüdafiəçi 25 faiz səs toplayıb. 3-cü sırada isə Makedoniya futbolunun əfsanəsi Artim Şakiri qərarlaşıb. Ötən mövsüm komandamızın şərəfini qorumuş Şakiri 15 faizin rəğbətini qazanıb.
"Qarabağ" da oynamış ən yaxşı legioner?
Hakan Demir - 8.26%