Admir Teli:` Qələbə 3 xaldan daha dəyərlidir`
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5444.jpg)
12 Apr 2012
Admir Teli:` Qələbə 3 xaldan daha dəyərlidir`
`Qarabağ`ımız Aprelin 14-ündə `Qəbələ`ylə qarşılaşacaq. Bu tərəflərin cari mövsüm kubok oyunlarını da nəzərə alsaq 6-cı qarşılaşması olacaq. Geridə qaln 5 görüşün 4-ündə bərabərlik qeydə alınıb, 1 oyunda isə məğlub olmuşuq. Sabah Qəbələyə yollanacaq komandamızı bu dəfə də çətin sınaq gözləyir. Görəsən, komandamız oyuna nəcə hazırlaşır? `Qarabağ`ımızın müdafiəçisi Admir Teli sayıtmıza oyun haqqında danışıb:` 3 ildən çoxdur `Qarabağ`dayam. Amma bu müddətdə cəmi 1 dəfə `Qəbələ`ni məğlub edə bilmişik. O da ötən mövsüm Suraxanıda olub, 3:0. Deyərdim ki, bəlkə Azərbaycan çempionatında `Qəbələ`dən güclü olanlar var amma bizə görə ən çətin `Qəbələ`dir. Futbolda belə şeylər olur. Oyuna yazxşı hazırlaşmışıq. İnanıram ki, `Qəbələ`ylə oyunda sərfəli nəticə qazana biləcəyik. Amma bu məqamda `Qəbələ`ni digər rəqiblərdən fərqləndirmirik. Final mərhələsində hər qələbə 3 xaldan daha dəyərlidir. `Qəbələ` son oyunlarda uduzduğuna görə meydana aqressiv çıxacaq. Hər halda avrokuboklara az da olsa ümidləri var. Amma bizim də uduzmağa haqqımız yoxdur. Düzdü, futbolda hər şey olur. 4-5 aydı məğlub olmuruq. Qəbələdə qələbə qazanıb həm uğursuzluğa son qoymaq, həm də iddiamızı qorumaq istəyirik.`