Admir Teli sıradan çıxdı
10 Fev 2014
Admir Teli sıradan çıxdı
`Qarabağ`ımızın `Qəbələ`ylə baş tutan sonuncu qarşılaşmasında Admir Teli oyunu erkən tərk etməli olmuşdu. Oyunun 12-ci dəqiqəsində 32 yaşlı müdafiəçi yerini İlqar Qurbanova verməli oldu. Müayinədən sonra alban futbolçunun uzun müddətə sıradan çıxdığı məlum olub. Müdafiəçinin sol ayağında 2-ci dərəcəli əzələ dartılması aşkar olunub. Belə də Admirin 3 həftə yaşıl meydanlardan uzaq qalacağı dəqiqləşib.