Admir Teli:`Ən azı 3-cü pilləni tutub avrokuboklarda oynamaq istəyirik`

single-news
2 Mar 2011

Admir Teli:`Ən azı 3-cü pilləni tutub avrokuboklarda oynamaq istəyirik`



`Qarabağ`ımızın premyerliqanın təsnifat mərhələsinin sonuncu turunda `Turan`ı darmadağın etməsində daha bir yadda qalan məqam 5-ci qola imza atan Admir Teli oldu. Cari mövsümdə ilk qoluna imza atan albaniyalı müdafiəçi komandamızda qol vuran 2-ci müdafiəçi oldu(digər qolu `Simurq` - `Qarabağ` oyununda Aftandil Hacıyev (0:1)).
Artıq 2 ildən çoxdur ki, `Qarabağ`ımızda oynayan 29 yaşlı milli üzvü ötən mövsüm 1-i çempionatda (`Olimpik-Şüvəlan` - `Qarabağ` 1:1), 1-idə kubokda (`Qarabağ` - Xəzər-Lənkəran` 2:1) olmaqla 2 qola imza atmışdı. Teli 2009-cu ilin yanvarında qoşularkən mövsümün 2-ci yarısında 2 qol vurmuşdu (`Qarabağ` - `Bakılı` 3:0, `Neftçi` - `Qarabağ` 0:1). Axırıncı dəfə ötən ilin fevralın 22-sində fərqlənən Teli növbəti qolu üçün 1 il 3 gün gözləməli oldu. Maraqlıdı ki, `O-Ş`a vurduğu qol da təsnifat mərhələsinin sonuncu oyunu idi.
Görəsən, Telinin özü qol vurması, ümumiyyətlə, cari mövsümdəki hədəfləri barəsində nə fikirləşir:` Adətən, bütün standard vəziyyətlərdə qol vurmaq üçün irəli gedirəm. Amma alınmırdı.`Turan`l a oyunda qələbəni artıq rəsmiləşdirsək də, yenə də hücuma qoşuldum. Hamı məndən başla qol gözləsə də, son 3 qolumu ayaqla vurmuşam. Əsas odu ki, mən qol vurduğum oyunlarda `Qarabağ` uduzmur. Əslində, işim rəqibə qol vurmağa imkan verməmək olsa da, bilirəm ki, özümün də qol vurmağımı gözləyirlər. Nə deyim? İnanıram ki, final mərhələsində daha çox qol vuraram. Amma qoy, qol buraxmayaq mən vurmasam da olar. Final mərhələsindəki əsas hədəfimiz ən azından indiki mövqeyimizi qorumaqdır. Zənnimcə, çox gərgin oyunların şahidi olacağıq. Hər bir qələbənin çox böyük əhəmiyyəti olacaq. Qeyd etdiyimiz kimi, premyerliqanı ən azı 3-cü pillədə bitirib Avrokuboklara vəsiqə qazanmaq istəyirik.`

Paylaş

// pop up