Admir Teli:`Qarabağ`da hamı çempionluğa acdır`

single-news
13 Dek 2012

Admir Teli:`Qarabağ`da hamı çempionluğa acdır`



`Qarabağ`ımız 2 gün sonra `Bakı`yla vacib oyuna çıxacaq. Komandamız paytaxt təmsilçisiylə görüşündə maraqlı məqam yaşana bilər. Belə ki, cari mövsüm `Qarabağ`ımızın bütün görüşlərində 90 dəqiqə meydanda olan Admir Teli ümumiyyətlə, 2 ildir əvəzlənmədən oynayır. 31 yaşlı müdafiəçi 2 il bundan öncə Dekbarın 18-də baş tutan `Qarabağ` - `Muğan` görüşündə meydanda olmayıb. O zamandan bəri əvəzedilməyən Albaniyalı legioner artıq premyerliqada ardıcıl 63 matçı geridə buraxıb. Ölkə kuboku və Avroliqa oyunlarını da nəzərə alsaq Admirin seriyasını 70-i ötdüyünün şahidi olaraq. Teli saytımıza daha geniş danışdı:`Belə bir göstəriciyə sahib olmağımdan xəbərim yoxdur. Daha doğrusu elə də maraqlanmıram şəxsi göstərcilərimlə. Bunu nəyə borcluyam?  Heç bir məşqi buraxmamağa, xaraktercə daim futbolu düşünməyimə və bir də baş məşqçinin inamına. Bu 3 komponent bir-birini bağlayır. Amma qeyd etdiyim kimi, bu nəticə məni elə də maraqlandırmır. 4 ildir `Qarabağ`dayam. Zənnimcə, çempionluq qazanmaq hər şeydən daha vacibdir. Komandada prezidentdən tutmuş ən siravi işçiyə kimi hamı çempionluğa acdır. Mən də inanılmaz dərəcədə çempionluq istəyirəm. Düşünürəm ki, bunun zamanı çatıb. Baxmayaraq ki, çempionatda rəqabət artıq qızıl medal qazanmalıyıq. Əvvəllər bizim 2 və ya 3 rəqibimiz olardı. İndi fikir verin, 6-7 komanda 1-ci yerə istəklidir. Təbii ki, qışa lider kimi yollanmaq istəyirik. Bu bizə əlavə stimul verəcək. Komandaya transfer məsələsinə qarışmıram. Təbii ki, komandanın gücləndirəcək futbolçuya hər zaman ehtiyac var. Amma qeyd etdiyim kimi bu baş məşqçinin səlahiyyətinə aid olan bir şeydi. `Bakı`yla qarşıdan gələn oyun elə də asan olmayacaq. Ötən mövsüm revanşı haqda düşünmürük. Düzdü, Avroliqaya gedən yolumuzu bağlamışdılar. Amma keçmişlə yaşamaq bugün bizə uğur gətirməyəcək. Daim işləməli və hər oyuna xüsusi diqqət yetirməliyik.`

Paylaş

// pop up