Admir Teli:`Qələbə qazanıb seriyanı davam etdirmək istəyirik`

single-news
14 Okt 2011

Admir Teli:`Qələbə qazanıb seriyanı davam etdirmək istəyirik`



`Qarabağ`ımız `Rəvan`la oyunun hazırlıqlarını davam etdirir. Bazar günü `Rəvan`la qarşılaşacaq komandamız rəqibi yetərincə ciddi qiymətləndirir. `Qarabağ`ımızın albaniyalı müdafiəçisi Admir Teli milli komandadan döndükdən sonar həm yığımadakı çıxışını, həm də qarşıdakı oyunu dəyərləndirib:`Sonuncu oyunda Ruminiyayla qarşılaşdıq. Qeydə alınan heç-heçəni normal qəbul edirəm. Belə götürsək, seçmə mərhələ mənim üçün yaxşı keçdi. Adətən oyunlarda start heyətində meydana çıxırdım. Millimiz isə turnirə uğurlu başlasa da, sonradan geriləmə qeydə alındı. Artıq, baş verənləri unudub, gələcəyi fikirləşmək lazımdır. `Rəvan`la oyun isə, çətin keçəcək. Hər 2 komanda son 2 oyunda qələbə qazanıb. `Rəvan` güclülərə qarşı əzmkar çıxış edir. Bizimlə oyun da istisna olmayacaq. Ümumiyyətlə, `Qarabağ`a qarşı rəqiblər xüsusi hazırlaşır. Ona görə də daha səylə hazırlaşmalıyıq. UZun zamandır birlikdə deyilik. Bu bizə müəyyən anlamda problem yarada bilər Amma təcrübəmizlə bu boşluğu aradan qaldırmalıyıq. 3 xalı qazanıb qələbə seriyasını davam etdirmək istəyirik.`   

Paylaş

// pop up