AFFA 2 məşqçini cəzalandırdı

single-news
22 Dek 2009

AFFA 2 məşqçini cəzalandırdı



AFFA İntizam Komitəsinin keçirilən növbəti iclasında Unibank Premyer Liqasının XVI turunun `İnter` - `Turan` oyununun 88-ci dəqiqəsində `İnter` klubunun baş məşqçisi Kaxaber Sxadadze ilə `Turan` klubunun baş məşqçisi Nizami Sadıqov arasındakı insidentlə bağlı qərar çıxarılıb. PFL-in rəsmi saytında verilən məlumatda deyilir ki, bir-birini təhqir etdiklərinə görə texniki zonadan kənarlaşdırıldıqları üçün hər iki baş məşqçi dörd oyunluq cəzalanıb, klublar isə 4000 manat cərimə olunub. Hər iki məşqçiyə verilmiş cəzanın yarısı (2 oyun) şərti olaraq tətbiq ediləcək. Yəni məşqçilər 6 ay müddətində  qayda pozuntusuna yol verərsə, sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq və yeni sanksiya əvvəlki sanksiyaya tam şəkildə əlavə ediləcək.     

Paylaş

// pop up