AFFA-da konfrans keçirildi
AFFA-da konfrans keçirildi
AFFA Azərbaycan Premyer-Liqasının formatını dəyişdirib. Bu gün keçirilən asossiasiyanın konfransında qərara alınıb ki, gələn mövsümdən Premyer-Liqa fərqli formatda keçirilsin.
Konfransın qərarına əsasən mövsümün sonunda birinci diviziondan heç bir komanda Premyer-Liqaya vəsiqə qazanmayacaq. Bu qərarın qəbul edilməsinə səbəb aşağı dəstə təmsilçilərinin maliyyə imkanlarının zəif olması cəbəb olub. Konfransda iştirak edən PFL-in prezidenti Ramin Musayev bildirib ki, birinci divizion klublarının maliyyə imkanları onlara Premyer-Liqada iştirak etməyə imkan vermir.
AFFA-nın yeni qərarına əsasən gələn mövsüm Premyer-Liqada 12 klub iştirak edəcək. Bu mövsüm 13-14-cü pillələri tutan klublar birinci diviziona yuvarlanacaq. Çempionat iki mərhələdə keçiriləcək. Avqustda startı veriləcək Premyer-Liqada 1-6-cı yerlərin sahibləri mart ayından başlayaraq çempionluq, 7-12-ci yeri tutanlar isə Premyeri-Liqada qalmaq uğrunda mübarizə aparacaq. Ümumilikdə klublar mövsüm ərzində təkcə Premyer-Liqada 32 oyun keçirəcək.
* * *
Bu gün keçirilən AFFA-nın illik konfransında asossiasiyanın bir illik hesabatı dinlənilib və qurumun işi qənaətbəxş hesab olunub. Artıq federasiyanın maliyyə hesabatı da açıqlanıb. Məlum olub ki, AFFA-nın 2009-cu il üçün büdcəsi 11 milyon 661 min manat təşkil edir. Bu 2007-ci ilin büdcəsindən 30 faiz çoxdur.
Qeyd edək ki, konfransda millinin baş məşqçisi Berti Foqts da iştirak edir.
* * *
"Babək Quliyev və Anar Niyazovla bağlı araşdırmalar davam edir. Biz hakimlər üçün yaxşı şərait yaratmışıq, onların qonararları artırılıb, Türkiyədə təlim-məşq toplanışları keçirilib. əzalandırılan iki hakimlə bağlı əlimizdə dəlillər var. Bu hadisə bizi məyus etdi. Həmin hakimlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilməsi mümkündür", - deyə AFFA-nın prezidenti Rövnəq Abdullayev bildirib.
* * *
Abdullayevin digər hakimləri də hədələyib. O, bildirib ki, bundan sonra da hakimlərin cəzalandırılması mümkündür: "Hakimlərdən şübhələnməyimiz kifayət edəcək ki, onları cəzalandıraqş. Niyazov və Quliyevlə bağlı əlimizdə faktlar var. Ədalətsiz addım atmamışıq və bundan sonra da ədalətsizlik etmərik".
* * *
Konfransda iştirak edən millinin baş məşqçisi Berti Foqts yeni komanda formalaşdırdığını bildirib: "Mən yeni komanda formalaşdırıram. Bu müddətdə bir çox oynu keçirmişik. Mən yalnız Lixtenşteynlə oyunun nəticəsindən narazı qaldığımı deyə bilərəm. Bu oyunda 3-4 qol imkanımız olsa da, yararlana bilmədik.
"Mən ilk növbədə AFFA-ya minnətdarlıq edirəm ki, bizim üçün lazımı şərait yaradıb. Milli komandanı hazırlaşdırmaq üçün istənildən səviyyədə bizə dəstək verirlir. Klub məşqçiləri ilə görüşlərimdən aydın oldu ki, futbolçularımız üzərilərində daha işləməlidir. Avropada sürətli futbol oynayırlar. Biz hələ ki, sürətli futbol oynaya bilmirik. Fiziki cəhətdən güclü komandalarla hələ sona qədər mübarizə apara bilmirik. Avropada futbolçular 13-14 km qaçdığı halda, bizim futbolçuların bundan iki dəfə artığına gücü çatır. Hər şeydən əvvəl biz işimizi davam etdirməli, daha çox işləməliyik", deyə Foqts əlavə edib.
Foqts konfransda legioner limitinin ləğv olunmasından narazılıq edib. O, həmçinin klubları gənc futbolçulara daha çox oynamaq şansı verməyə çağırıb: "U-17 Avropa çempionatının seçmə mərhələsinin elit raunduna vəsiqə qazanmaqla göstərdi ki, bu ölkədə istedadlı gənclər var. Əcnəbi futbolçuların gəlməsi vacibdir. Amma yerliləri də unutmaq olmaz".
* * *
AFFA legioner limitini dəyişdirməyəcək. Bu barədə asossiasiyanın prezidenti Rövnəq Abdullayev məlumat verib.
Abduldlayev bildirib ki, limiti dəyişdirməyə ehtiyac yoxdur: "Legioner limiti dəyişdirilməyəcək. Buna ehtiyac görmürük. Klubların daha səviyyəli futbolçular gətirməsi vacibdir. Ancaq bu halda Premyer-Liqanın səviyyəsi arta bilər. Səviyyəli futbolçularımızın ölkəyə gəlməsi yerli oyunçulara da müsbət təsir göstərmiş olacaq. İstəyimiz odur ki, çempionatımızda zəif komanda olmasın. Bütün klublar bir-biri ilə rəqabət apara bilsin".
* * *
AFFA prezidenti bildirib ki, milli komanda üçün baza tikiləcək. Abdullayevin sözlərinə görə, baza Mərdəkan qəsəbəsində inşa olunacaq. Bu il hazır olacaq bazanın daxilində 5 min azarkeş tutumu olan stadion da tikiləcək. Rövnəq bəy həmçinin Mərdəkandaeı "Dalğa" İstirahət Mərkəzinin AFFA-nın balansına keçdiyini də qeyd edib.