AFFA-dan Rail Məlikov və Revaz Getsadzeyə cəza gəldi
AFFA-dan Rail Məlikov və Revaz Getsadzeyə cəza gəldi
AFFA-nın İntizam Komitəsi bu gün Unibank Premyer Liqasının XXVI turunun `Neftçi` - `Qəbələ` matçında futbolçular arasında baş vermiş insidentlə bağlı qərar qəbul edib. PFL-in rəsmi saytına istinadən verilən məlumata görə, `Qəbələ` klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 63-cü dəqiqəsində meydançaya kənar əşya atıldığı üçün meydan sahibi 2000 manat cərimələnib. Oyun bitdikdən sonra `Neftçi` klubunun futbolçusu Rail Məlikovla `Qəbələ` klubunun futbolçusu Revaz Getsadze bir-birini vurduğuna görə hər iki futbolçu 2 oyunluq cəzalanıb, klublar 2000 manat cərimə olunub.
Futbolçulara verilmiş cəzanın yarısı (1 oyun) şərti olaraq tətbiq ediləcək. Yəni futbolçu 6 ay müddətində qayda pozuntusuna yol verərsə, sanksiyanın dayandırılan hissəsi avtomatik olaraq bərpa olunur və yeni sanksiya əvvəlki sanksiyaya tam şəkildə əlavə edilir.