AFFA komandaları yenə cəzalandırdı (525CI QƏZET, 19.04.2006)

single-news
19 Apr 2006

AFFA komandaları yenə cəzalandırdı (525CI QƏZET, 19.04.2006)



Dünən AFFA-nın Nizam-İntizam Komitəsinin növbəti toplantısı baş tutub. NİK qərarına əsasən, Azərbaycan çempionatının "Qarabağ" - "İnter" oyununda yerli komandanın 5 futbolçusu sarı vərəqə aldığına görə (maddə 51) kluba 1000 yeni manat cərimə kəsilib. Həmin oyunda azarkeşlər meydana kənar əşya atdığı səbəbindən (maddə 4) "Qarabağ" əlavə 1000 manat ödəməli olacaq. I dəstə komandaları arasında ölkə birinciliyinin "Viləş" - "Yeni Yevlax" matçında yerli klubun oyunçusu Elvin Məmmədov hakimi təhqir etdiyinə görə (maddə 46) 2 oyunluq kənarlaşdırılıb və klub 200 manat cərimə olunub. "Ədliyyə" - "Neftçi-2" oyununda qonaq kollektivin 4 futbolçusu sarı vərəqə aldığına görə (maddə 51) klub 100 yeni manat "itirib". "ABN Bərdə" - "Gənclərbirliyi -2" oyununda qonaq komandanın futbolçusu Elçin Məmmədov 2-ci sarı vərəqəyə görə qırmızı vərəqə aldığı üçün (maddə 45) 1 oyunluq diskvalifikasiya olunub, klub 20 manat cərimələnib.

Paylaş