AFFA - NIN ADI DƏYİŞDİRİLİR???

single-news
14 Yan 2008

AFFA - NIN ADI DƏYİŞDİRİLİR???



Azərbaycan Futbol Assosasasiyaları Federasiyasının adının dəyişdirilməsi gündəmə gəlib. AFFA-nın baş katibi Elxan Məmmədovun "APA-Sport" agentliyinə dediyi sözlərə görə, bu məsələ ilə bağlı federasiyanın İcraiyyə Komitəsinin son iclasında fikir mübadiləsi aparılıb. Məmmədov daha sonra bunları deyib: "İcraiyyə Komitəsinin iclasında belə qərara gəldik ki, bundan sonra qurumun adı AFFA yox AFA, yəni Azərbaycan Futbol Assosasasiyası adlandırılsın. Ancaq onu da deyim ki, bu məsələ hələ ki, tam olaraq öz həllini tapmayıb". Baş katibin dediyinə görə, məsələ yanvarın 15-də keçiriləcək AFFA-nın növbədənkənar iclasında həll olunacaq. "Yanvarın 15-dəki iclasda nizamnaməyə əlavə və dəyişikliklər ediləcək. Məhz həmin gün adın dəyişilməsinə də baxılacaq. Əgər qəbul olunsa, təşkilatımızın adı artıq AFFA yox, AFA olacaq". Xatırladak ki, AFFA 1992-ci ildən günümüzə qədər fəaliyyətini eyni ad altında davam etdirir.

Paylaş

// pop up