AFFA-nın icraiyyə komitəsinin iclası keçirildi
29 Apr 2010
AFFA-nın icraiyyə komitəsinin iclası keçirildi
Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdi:
1. Premyer Liqanın yeni formatının müzakirəsi
2. Lisenziyalaşdırma prosesi ilə tanışlıq
3. Digər məsələlər
Aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. Premyer Liqanın formatı cari mövsümün sonunda müzakirə edilsin
2. AFFA-nın U-14 liqası yaradılsın
3. 2010-cu il mayın 1-dən Silviya (Sissi) Rayt qızlardan ibarət U-15 (gələcək U-17) yığma komandanın baş məşqçisi vəzifəsinə təyin olunsun.
4. 17 yaşadək qızlardan ibarət komandalar arasında 2012-ci ildə Bakıda keçiriləcək dünya çempionatının yerli Təşkilat Komitəsi yaradılsın. Komitənin rəhbəri baş katib Elxan Məmmədov təyin olunsun.
İcraiyyə Komitəsinin üzvləri Lisenziyalaşdırma prosesi ilə tanış olublar.
Unibank Premyer Liqasında çıxış edən klubların baş məşqçilərinə oyunsonrası mətbuat konfranslarında hakimlik barədə fikir bildirməmək tövsiyə olunub.