AFFA-nın növbəti konfransı

single-news
5 Mar 2010

AFFA-nın növbəti konfransı



AFFA-nın inzibati binasında qurumun növbəti konfransı baş tutub.  Yığıncağın gündəliyində 9 məsələ salınıb. Gündəlikdəki məsələlərlə yanaşı, konfrans üzvləri tərəfindən irəli sürüləcək təkliflər də müzakirə oluna bilər. Konfransa AFFA prezidenti Rövnəq Abdullayev sədrlik edib.

AFFA-nın Konfransının gündəliyi:
1. Prezident tərəfindən salamlama
2. Yığıncağın tərkibinin yoxlanılması
3. İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
4. Maliyyə hesabatının təsdiq olunması
5. Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
6. Növbəti ilin büdcəsinin təsdiq olunması
7. Hər hansı vakant vəzifəyə seçkilər
8. AFFA üzvlərinin təkliflərinin qəbul olunması
9. Digər məsələlər

 

Tədbirdə çəxış edən AFFA prezidenti Rövnəq Abdullayev son vaxtlar ölkə futbolundakı inkişafdan danışıb. O, əsas milli komandamızın rəsmi və yoldaşlıq görüşlərində uğurlu çıxışından, futzal yığmamızın Avropa çempionatının yarımfinala yüksəlməsini, U-21-in Şotlandiya ilə səfərdə heç-heçəsindən danışıb: “Əvvəllər adətən kədərlənirdik. Artıq sevinməyə başlamışıq”.

Daha sonra Mandat Komissiyasının sədri Gülağa Cabbarov bildirib ki, Konfransda AFFA-nın 35 üzvündən 30-u iştirak edir. Buna görə də Konfransda yetərsay qeydə alınıb. Ardından Say Komissiyasının üzvlüyünə Yaşar Şamilov, Mahmud Sadıqov və Mahir Məmmədov seçilib.

Konfrans iştirakçıları UEFA-nın baş katibi Cianni İnfantinonun video müraciətini izləyiblər. Bundan başqa, futbolun kütləviliyi, futbol təhsili və infrastruktura aid videoçarx nümayiş etdirilib.

AFFA-nın baş mühasibi Yusif Əmirov hesabat verib. O vurğulayıb ki, ötən il milli komandanın oyunlarında rekord sayda azarkeş olub. Bunun nəticəsində assosiasiyanın büdcəsinə yarım milyon manat daxil olub.

Ardından söz müstəqil auditor təşkilatının nümayəndəsi Xanbaba Quliyevə verilib. AFFA-da 118 nəfər çalışdığını deyən Quliyev maliyyə hesabatını qənaətbəxş sayıb.

AFFA İcraiyyə Komitəsinin üzvü, təhsil nazirinin müavini Elmar Qasımov nitq söyləyib. O, nazirlik və assosiasiya arasında əlaqələrdən danışıb. Bildirilib ki, ən vacib yenilik orta məktəblərdə bədən tərbiyəsi fənni əvəzinə futbol dərslərinin keçirilməsidir: “Bu məqsədlə pilot olaraq, 3 məktəbdə - 239, 240 və 201 saylı məktəblərdə ümumilikdə 47 sinifdə 1065 şagird arasında bədən tərbiyəsi dərsləri keçirilir və nəticələr uğurludur”.

Ardından Konfrans iştirakçıları 2009-cu ildə AFFA-nın fəaliyyətini qiymətləndiriblər və fəaliyyət qənaətbəxş sayılıb. Sonra yeni loqotip təqdim olunub. Lootip Azərbaycan bayrağının rəngləri, alov və top simvollarını özündə birləşdirib. AFFA-nın baş katibi Elxan Məmmədov deyib ki, yeni loqotiplə bağlı müzakirələr başlayandan bəri yığmamız qələbələri sıralayır. Bununla da, Konfrans başa çatıb. Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:
1. AFFA-nın yeni loqotipinin təsdiq olunması AFFA-nın Konfransına təklif olunsun
2. U-16 Azərbaycan yığma komandası yaradılsın
3. Təbriz Həsənov U-16 yığma komandanın baş məşqçisi təyin olunsun
4. Veteran futbolçu Çərkəz Rzayevə AFFA-nın təqaüdü verilsin
5. AFFA-nın veteran futbolçular üçün nəzərdə tutduğu təqaüdün məbləği artırılsın
6. Ölkə kuboku uğrunda yarışın formatı növbəti mövsümdən etibarən dəyişdirilsin:
- 1/4 final mərhələsinə qədər komandalar 1 dəfə qarşılaşacaq, 1/4 və 1/2 final mərhələsində komandalar 2 dəfə qarşılaşacaq
7. Növbəti mövsümdən etibarən Premyer Liqa və ölkə kuboku uğrunda oyunların yayım hüququnu əldə etmək istəyən klub Peşəkar Futbol Liqasına müraciət edə bilər

Paylaş

// pop up