AFFA-NIN YENİ PREZİDENTİ NƏ VAXT SEÇİLƏCƏK???
AFFA-NIN YENİ PREZİDENTİ NƏ VAXT SEÇİLƏCƏK???
Dünən AFFA-nın mənzil - qərargahında İcraiyyə Komitəsinin (İK) növbəti toplantısı keçirildi. Görüşü federasiyanın prezidenti səlahiyyətlərini icra edən Elşad Nəsirov açdı. O, FİFA və UEFA nümayəndələrinin prezident seçkisində iştirakı ilə bağlı razılıq əldə olunduğunu söylədi. Həmin razılıq federasiya rəsmilərinin FİFA prezidenti Zepp Blatterlə Sankt-Peterburqda "Birlik kuboku"nda baş tutan görüşdə alınıb. Qeyd edək ki, İK-nin toplantısına müxtəlif səbəblərdən Kazbek Tuayev və Cahangir Hacıyev qatılmayıb. Əvəzində baş katib Elxan Məmmədovla AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu iclasda müşahidəçi kimi iştirak edib. Gündəlikdə duran ilk məsələ mətbuat nümayəndələri və ümumiyyətlə, idman ictimaiyyətini daha çox maraqlandırırdı. Söhbət AFFA prezidenti seçkilərinin tarixinin müəyyənləşməsindən gedir. Və qərara alındı ki, AFFA-nın yeni prezidenti mart ayının ortalarında, daha dəqiq desək mart ayının 14-də seçiləcək.
