AFFA: XI KONFRANSDA QƏBUL EDİLMİŞ QƏRARLAR
AFFA: XI KONFRANSDA QƏBUL EDİLMİŞ QƏRARLAR
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının növbəti konfransında maraqlı qərarlar çıxarılmışdır. Siz də tanış olun:
1. AFFA-nın 2006-cı il ərzində fəaliyyəti qənaətbəxş hesab olunsun.
2. Nəzarət-Təftiş Komitəsinin hesabatı qəbul edilsin.
3. Müstəqil audit təşkilatının maliyyə hesabatı qəbul edilsin.
4. AFFA-nın 2007-ci il üçün büdcə layihəsi təsdiq edilsin.
5. AFFA-nın əvvəlki müstəqil audit təşkilatı ilə əməkdaşlığı növbəti ildə də davam etdirilsin.
6. AFFA-nın hesabat-seçki konfransı 26 aprel 2008-ci ildə keçirilsin.
7. Azərbaycan vətəndaşlığı alıb-almamasından asılı olmayaraq XVI milli çempionatın güclülər və birinci dəstələrində çıxış edən klublarda legioner limiti 5+2 (5 nəfər meydanda, 2 nəfər ehtiyatda) prinsipi ilə müəyyənləşsin.
8. Milli yığma komandalara cəlb olunan əcnəbi futbolçunun FİFA-nın 19 mart 2004-cü il tarixli 901 saylı qərarına (əgər futbolçu, yaxud onun babası, nənəsi, atası, anası həmin ölkənin ərazisində anadan olubsa və ya əcnəbi oyunçu 2 il ərzində daimi olaraq bü ölkədə yaşayırsa) uyğun olaraq Azərbaycan vətəndaşlığının alınması üçün müvafiq klub və AFFA tərəfindən lazımi sənədlər hazırlanaraq müvafiq dövlət qurumlarına müraciət olunsun.
9. Milli yığma komandalarda Azərbaycan vətəndaşlığını qəbul etmiş əcnəbi futbolçuların sayı 5+2 (5 nəfər meydanda, 2 nəfər ehtiyatda) prinsipi ilə müəyyənləşsin.
10. XVI milli çempionatın sifariş ərizəsinə adı daxil olunan hər yerli futbolçu üçün klublar AFFA-ya 5000 (beş min), hər legioner futbolçu üçün isə 20000 (iyirmi min) manat məbləğində üzvlük haqqı ödəməlidir.
11. XVI milli çempionatın sifariş ərizəsinə adı daxil olunan hər yerli məşqçi üçün klublar AFFA-ya 10000 (on min), hər əcnəbi məşqçi üçün isə 50000 (əlli min) manat üzvlük haqqı ödəməlidir.
12. Klublarda müxtəlif inzibati vəzifələrdə çalışan əcnəbilərin adının XVI milli çempionatın sifariş ərizəsinə daxil olunması üçün AFFA-ya 40000 (qırx min) manat üzvlük haqqı ödənilməlidir.
13. «Simurq» futbol klubu AFFA-nın üzvlüyünə qəbul edilsin.