AFFA-YA MƏKTUB !

single-news
19 Dek 2005

AFFA-YA MƏKTUB !



18.12.2005-ci il tarixində keçirilmiş "Qarabağ"- "Gənclərbirliyi" matçı zamanı hakim oyunun nəticəsinə təsir edən qərarlar qəbul etmiş və buna etiraz olaraq, komandamızın Rəhbərliyi AFFA Hakimlər Komitəsinə Məktub vasitəsilə öz etiraını bildirmişdir. Həmin məktubu olduğu kimi diqqətinizə çatdırırıq: _________________________ Bildiyiniz kimi, 18.12.2005-ci il tarixində T.İsmayılov adına Suraxanı qəsəbə stadionunda Ölkə Çempionatının XIII turu çərçivəsində “Qarabağ” (Ağdam) – “Gənclərbirliyi” (Sumqayıt) matçı keçirilmişdir. Bu matçla əlaqədar olaraq, klub rəhbərliyi tərəfindən oyunun nəticəsinə təsir etmiş və digər hakimliklə bağlı nüansları sizin diqqətinizə çatdırır və xahış edirik ki, matçın videoyazısına baxıb ədalətli qərar qəbul edəsiniz. İradlarımız əsasən aşağıdakılardan ibarətdir: 1. Oyunun 52-ci dəqiqəsində komandanın hücumçusu Müşviq Hüseynovun rəqib komandanın qapıçısı Davud Kərimi ilə təkbətək çıxdığı zaman qapıçı cərimə meydançanı tərk edərək cərimə meydançasından kənarda Müşviq Hüseynovu açıq- aşkar əli ilə tutaraq yerə yıxır, lakin hakim yüngül cəza verməklə kifayətlənir. 2. Oyunun 76-cı dəqiqəsində Samir Musayevin rəqib komandanın qapıçısından heç bir toxunuşsuz topu alaraq, qapıdan keçirməsini hakim qayda pozuntusu hesab edərək, əks tərəfə cərimə zərbəsi təyin etməklə hesaba almadı. Amma matçın 2 kameradan- orta və yan tərəfdən çəkilmiş vidoeyazısına baxdıqda, açıq aşkar qapıçının cərimə meydançasından ayaqla topu çıxarmaq istəyərkən ayağının boşa çıxması və Samir Musayevin qapıçıya heç bir toxunuş olmadan topa sahib çıxaraq qapıya göndərməsi görsənir. Bununla da, O MATÇIN NƏTICƏSINƏ TƏSIR EDƏN qərar qəbul etmiş olur. 3. Oynunun ikinci hissəsində rəqib komandanın oyunçuları topu oyuna daxil etmək əvəzinə oyunun vaxtını süni surətdə aparır, lakin baş hakim oyunçular qarşısında heç bir tələb qoymadan oyunu istədiyi kimi idarə edirdi. 4.Komandanın bir neçə dəfə rəqib qapısına hücumu zamanı “Gənclərbirliyi”nin oyunçuları meydançanın özlərinə aid hissəsində topu açıq-aşkar əlləri ilə saxlayır, hakim tərəfindən isə ciddi cəza görülmür. Bu dediklərimizi AFFA-ya məktubla müraciət etməyimizin səbəbi isə, matçın protokolunda "Etirazın qeyd edilməsi" bölümündə iradlarımızı yazmağa qoyulmamasıdır. Matçda 4-cü hakim Elçin Məmmədov oraya dediklərimizin yazılmasının qeyri-qanuni olduğunu iddia etdiyi zaman, Baş Hakim Vüsal Əliyev isə, bizim yazmağa gecikdiyimizi əsas göstərirdi. Halbuki, komandamızın səlaiyyətli nümayəndəsi hakimlərdən 10 dəqiqə sonra hakimlər otağına təşrif buyurmuşdu. Yuxarıda qeyd etdiklərimiz hər bir bəndin ayrı-ayrılıqda araşdırılmasını və ədalətli qərar çıxarmanızı sizdən xahiş edirik. ________________ Bu məktub klubumuzun İcraçı Direktoru Işık Emrah Çelikelin imzası ilə, AFFA Hakimlər Komitəsinin Sədir əvəzi Əli Hüseynovun adına ünvanlanmışdır.

Paylaş

// pop up