AFFA-ya MƏKTUB

single-news
16 Noy 2006

AFFA-ya MƏKTUB



"Qarabağ" Futbol Klubu "Qarabağ" - "Karvan" oyununda hakim qərəzi ilə bağlı AFFA-ya məktub ünvanladı. 16.11.2006-cı il tarixində QA- 112 / 06 saylı məktubu olduğu kimi, diqqətinizə çatdırırıq: ____________________ AFFA-nın Prezidenti Cənab Ramiz Mirzəyevə Hörmətli Ramiz müəllim ! Bildiyiniz kimi, 15.11.2006-cı il tarixində Azərbaycan Çempionatının I turunun təxirə salınmış oyunları çərçivəsində Ağdamın “Qarabağ” komandası Yevlaxın “Karvan” komandasını qəbul etdi. Oyun boyu açıq – aşkar qonaq “Karvan” komandasına tərəfli hakimlik edən, onlara simpatiyası açıq-aşkar sezilən oyunun Baş hakimi Babək Quliyev ikinci hissəyə artırılmış dördüncü dəqiqədə “Qarabağ” komandasının qapısına şübhəli 11 metrlik cərimə zərbəsi təyin etdi. Xatırladaq ki, biz hər oyunumuzu üç kamera ilə çəkirik və həmin epizoda hakimdən daha yaxın olan kamera ilə də (sol tribuna) baxış zamanı həmin anda qaydanın pozulmadığı görünür. Bundan əlavə, hakimin qərəzli olması epizoda həddən artıq uzaq olmasında da bilinir. Belə ki, epizoddan təxminən 40 metrlik məsafədə olan Babək Quliyev həmin an qərəzinin ən yüksək həddini nümayiş etdirdi. O, yalnış mövqe tutmasına baxmayaraq, daha yaxın yan hakimlə məsləhətləşmədən 11 metrlik cərimə zərbəsi nöqtəsinə qaçdı. Bununla da dəfələrlə video lentə baxış zamanı da bu epizodun qaydalar çərçivəsində olub – olmaması şübhəli olan anın hakimin necə görməsi qərəzdən xəbər verir. Daha bir nüans – protokolla bağlıdır. Oyun sonrası “Qarabağ” komandasının protokolun “Etirazın qeyd olunması” bölümünə etiraz yazmasından sonra Baş Hakim “Digər qeydlər” bölümünə öz qeydlərini etməsi hakim səhvinin daha bir göstəricisidir. Biz, iş adamları olaraq Ölkəmizdə Futbolun inkşafı adına bacardığımız işləri göməyə çalışırıq. Futbolçular üçün hər bir şəraiti yaratmaqla yanaşı, onların Avropa səviyyəsində yetişməsi üçün əlimizdən gələni əsirgəmirik. Lakin hər hansı bir hakimin meydanda istədiyi qərarları verməklə bu işlərimizə kölgə salmasını istəmirik. Onların cəzalanması digərlərinə bir dərs olacağını düşünürük. Yuxarıda deyilənlərlə bağlı, hakim barəsində ən obyektiv, tərəfsiz qərar çıxaracağınıza inanırıq. Bununla da Azərbaycan Futbolunun inkşafı yolunda daha bir addım atmış olduğunuza bütün Futbol İctimaiyyəti alqışlayacaq. Eyni zamanda Siz Futbolumuza daha bir töhvə vermiş olacaq, inkşafa əks olan yad ünsürləri yolumuzdan təmizləmiş olacaqsınız. _________________ Məktub "Qarabağ" Futbol Klubunun Vitse - Prezidenti Taher Gözəl tərəfindən imzalanmışdır.

Paylaş