AFFA-ya MƏKTUB

single-news
8 Okt 2007

AFFA-ya MƏKTUB



"Qarabağ" Futbol Klubu çətin Qəbələ səfərindən qələbə ilə ayrıldı. Bu qələbə təkcə rəqib üzərində yox, eyni zamanda birtərəfli idarəçiliyi ilə diqqət çəkən hakim üzərində qazanıldı. Oyunboyu yerli komandaya açıq-aşkar simpatiyası ilə yaddaqalan hakim sonda öz istəyinə çata bilmədi. Biz isə qalib gəlsək də, hakim barədə ölçü götürülməsi üçün AFFA BAş Katibi cənab Elxan Məmmədova məktub ünvanladıq. Məktubu olduğu kimi diqqətinizə çatdırırıq:

Hörmətli, Elxan müəllim!

Məlum olduğu kimi, 06.10.2007-ci il tarixində Azərbaycan çempionatının VIII  tur çərçivəsində “Qəbələ” – “Qarabağ” matçı keçirilmişdir. “Qarabağ”ın matçda 2:1 hesablı qalibiyyətinə baxmayaraq görüşü idarə edən hakim briqadası tərəfindən komandamız çox böyük haqsızlıqlara məruz qalmışdır. Belə ki, görüşün baş hakimi Əfqan Həmzəyev matçın gedişində demək olar ki, bütüb epizodlarda “Qarabağ”ın əleyhinə qərarlar verməsi heç kimin diqqətindən qaçmadı. Hakim oyunun taleyini “ev” sahiblərinin lehinə çevirmək üçün etdiyi ciddi cəhdlərinə baxmayaraq “Qarabağ” görüşdən qalib ayrıla bildi. “Qarabağ” qələbə qazansa da bu hakimin oyunun nəticəsinə təsir etməməsindən deyil, bunu etmək üçün Həmzəyevin və briqadasının səylərinin boşa getməsi ilə əlaqədardır. Maraqlıdı ki, hakim ikinci hissə  üçün yetərincə çox- 4 dəqiqə əlavə etsədə, təxminən 6 dəqiqə sonra final fitini səsləndirdi. Hər nə qədər baş hakim gənc və təcrübəsiz olsada, “Qarabağ”a qarşı baş verən haqsızlıqlar, birbaşa hakim briqadasının məqsədli surətdə “Qarabağ”ın məğlub edilməsinə yönəlmişdi. Baş hakimin təcrübəsiz olduğunu, lakin hakim yetişdirilməsi üçün bunun lazım olduğunu bilərək oyun öncəsi heç bir narazılıq bildirməmişdik. Oyun zamanı da bu hakimin xırda səhvlərinin baş verəcəyini gözləyirdik. Lakin bütün oyun boyu meydan sahiblərininin lehinə verilən saysız hesabsız xırda follar bizə deməyə əsas verir ki, edilənlər heç də təcrübəsizlikdən qaynaqlanmır.
 “Qarabağ” Futbol Klubu gənc hakimlərin yetişdirilməsi naminə AFFA-nın gördüyü işləri təqdir edir və dəstəkləyir. Lakin, son oyunda baş verənlər göstərdi ki, gənc hakim heç də təcrübəsizliyi ilə deyil, sırf bəlli olmayan məqsədlər üçün “Qarabağ” əleyhinə meydanda “ədalət”ı qorumağa çalışırdı. Bu isə Futbolumuzun inkşafını istəyən həm Sizlər həm də Bizlər üçün heç də yaxşı hal deyil. Baş verənlərlə əlaqədar olaraq baş hakimin və onun təcrübəli briqadasının əməllərinin araşdırılması və lazımi ölçü götürməyinizi Sizdən xahiş edirik.

___________________________________________________________

Məktub "Qarabağ" Futbol Klubu tərəfindəə KLubun Direktoru Işık Emrah Çelikelin imzasıyla , matç kaseti ilə birgə AFFA-ya göndərilmişdir.

Paylaş

// pop up