AFFANIN KONFRANSI....

single-news
15 Yan 2008

AFFANIN KONFRANSI....



Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında AFFA-nın növbədənkənar Konfransı keçirilib. Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdi:

1. AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi.
2. Milli çempionatda çıxış edən legionerlərin limiti barədə.
3. Futbolçular, məşqçi və digər texniki heyət üçün ödənilən rüsum haqda.
4. Digər məsələ.

Aparılan müzakirələrdən sonra Konfrans aşağıda göstərilmiş qərarları qəbul edib:
1. XVI milli çempionatın (2007/08-ci il mövsümü) ikinci dövrəsindən etibarən ölkə çempionatında iştirak edən klubların sifariş ərizəsi üçün ödədikləri rüsum aşağıda göstərilmiş qaydada müəyyənləşdirilsin:

a) Hər bir yerli baş məşqçi – ödənişsiz
b) Hər bir yerli məşqçi – ödənişsiz
c) Hər bir legioner futbolçu – 8.000 manat
ç) Hər bir əcnəbi inzibati işçi – ödənişsiz
d) Hər bir «Pro» və «A» kateqoriyalı lisenziyaya malik əcnəbi baş məşqçi – ödənişsiz
e) Hər bir digər əcnəbi məşqçi – 10.000 manat
ə) Hər bir yerli futbolçu – ödənişsiz
f) Hər yeni qeydiyyata düşən yerli futbolçu – ödənişsiz
g) Birinci dəfə qeydiyyata düşən yerli olmayan futbolçu – ödənişsiz
ğ) Hər bir qeydiyyata təkrar düşən yerli futbolçu – ödənişsiz
h) Bir klubdan digərinə transfer olunan yerli futbolçu – ödənişsiz

2. XVI milli çempionatın (2007/08-ci il mövsümü) ikinci dövrəsindən etibarən ölkə çempionatında iştirak edən klublar üçün legioner limiti 7 nəfər müəyyənləşdirilsin.

3. Azərbaycan milli komandalarına cəlb olunmuş əcnəbi futbolçular klubların heyətində yerli futbolçu hesab olunsun.

4. AFFA-nın Nizamnaməsinə nəzərdə tutulmuş əlavə və dəyişikliklər qəbul edilsin.


AFFA-nın Nizamnaməsinə edilən əsas əlavə və dəyişiklikləri nəzərinizə çatdırırıq:
I. Üzvlər

Maddə 5 – Üzvlərin kateqoriyaları

 1. AFFA-nın üzvləri Konfrans tərəfindən qəbul olunur.
 AFFA-nın üzvləri AFFA-nın Nizamnaməsi, əsasnaməsi və direktivlərinə riayət etməklə aşağıdakılaradn  ibarətdir:

a) Regional Futbol Federasiyaları

1.Bakı  Futbol Federasiyası
2.Şimal  Regional Futbol Federasiyası
3. Qərb  Regional Futbol Federasiyası
4. Mərkəz  Regional Futbol Federasiyası
5. Naxçıvan Futbol Federasiyası
6. Qarabağ   Regional Futbol Federasiyası
7. Cənub   Regional Futbol Federasiyası
8. Şimal-Qərb  Regional Futbol Federasiyası

b)  Xüsusi Futbol Federasiyaları:

1. Həvəskarlar  Futbol Federasiyası  
2. Futzal Federasiyası
3. Qadın Futbol Federasiyası
4. Əlillər Futbol Federasiyası
5. Çimərlik Futbol Federasiyası
6. Uşaq və Gənclər Futbol  Federasiyası

c) İctimai  Futbol Təşkilatları:

1. Futbolçular  Birliyi 
2. Futbolsevənlər  Birliyi
3. Futbol Hakimləri  Birliyii
4. Futbol Məşqçiləri Birliyi
            5. Futbol Veteranları İttifaqı

b) Azərbaycan Peşəkar Futbol Liqası 
            Premyer liqa
             I divizion


B. İcraiyyə Komitəsi

Maddə 34 – Tərkibi
 İcraiyyə Komitəsi 11  nəfərdən təşkil olunur:
c) Prezident;
d) I vitse-prezident;
e) vitse-prezident;
f) 8 adi üzv.
 2. İcraiyyə Komitəsinin üzvləri AFFA-nın üzv təşkilatlarının kateqoriyalarını aşağıdakı kimi təmsil edirlər:
g) Regional Futbol Federasiyaları: 2 üzv;
h) Xüsusi Futbol Federasiyaları: 2 üzv;
i) İctimai Futbol Təşkilatları: 2 üzv;
j) APFL: 4  üzv.
 3. İcraiyyə Komitəsinə hər bir namizəd yalnız bir AFFA üzvü və dolayı üzvü tərəfindən Konfransın keçirilmə tarixindən ən azı 15 gün əvvəl təklif olunmalıdır.
 4. Bütün namizədlər Azərbaycan Respublikasının vətəndaşı olmalı, AFFA üzvlərinin və ya dolayı üzvlərinin birində aktiv olmalı, yaxud FİFA üzvünün və onun öz üzvlərinin hər hansı tanınmış futbol orqanı daxilində aktiv fəaliyyət göstərməlidir.
 5. Namizədlərin siyahısı AFFA-nın Baş Katibliyinə göndərilməlidir. Namizədlərin rəsmi siyahısı Konfransın gündəliyi ilə birlikdə AFFA-nın üzvlərinə çatdırılmalıdır.
 6. AFFA-nın üzvü və yaxud onun üzvü öz üzvlük statusunu itirdikdə, onun  təklifinə əsasən İcraiyyə Komitəsinə seçilmiş şəxsin mandatı növbəti Konfransadək  ləğv olunmur, bir şərtlə ki, əgər yığıncaq onun vəzifələrinin dərhal dayandırılması barədə qərar qəbul etməmişdirsə. Hər hansı əvəzetmə növbəti Konfransda və ya növbədənkənar Konfransın tələbinə əsasən həyata keçirilir.
 7. İcraiyyə Komitəsinin üzvü eyni zamanda həm də AFFA-nın hər hansı qərar qəbuledici orqanının üzvü ola bilməz.
 8. İcraiyyə Komitəsinin adi üzvü 4-cü paraqrafın tələblərini yerinə yetirməzsə, növbəti Konfrans İcraiyyə Komitəsi daxilində onun statusu barədə qərar qəbul edəcək.

Maddə 40 – Fövqəladə Komitə
 1. İcraiyyə Komitəsi öz üzvləri arasından Fövqəladə Komitəni formalaşdırır.
 2. Fövqəladə Komitə prezidentdən, I vitse-prezidentdən, vitse-prezidentdən və prezident tərəfindən təyin olunan üç adi üzvdən ibarətdir.
 3. Fövqəladə Komitə İcraiyyə Komitəsinin iki yığıncağı arasında dərhal qərarların qəbul olunmasını tələb edən bütün məsələlərlə məşğul olur.
 4. Fövqəladə Komitə tərəfindən qəbul edilən bütün qərarlar İcraiyyə Komitəsi tərəfindən onun növbəti yığıncağında təsdiq olunur.
 5. İcraiyyə Komitəsi Fövqəladə Komitənin fəaliyyəti ilə əlaqədar xüsusi əsasnamə müəyyən edir.
C. Prezident

Maddə 41 – Prezident, prezidentliyə namizədlər 
 1. Prezident AFFA-nı təmsil edən şəxsdir.
 2. Prezidentliyə hər bir namizəd ən azı AFFA-nın bir üzvü tərəfindən təklif olunmalıdır.
 3. Prezident öz namizədliyini irəli sürmək hüququna malikdir.
 4. AFFA-nın prezidenti eyni zamanda  futbol klublarında fəaliyyət göstərə bilməz.

Maddə 72 – Keçid dövrü üçün şərtlər
 İcraiyyə Komitəsi keçid dövrü ilə əlaqədar əsasnaməni müyyənləşdirərək təsdiq edir.


 

Paylaş

// pop up