Afrikanın kralı Zambiya oldu
13 Fev 2012
Afrikanın kralı Zambiya oldu
Qabon və Ekvatorial Qvineyada keçirilən Afrika Millətlər Kubokuna yekun vurulub.
Həlledici qarşılaşmada Zambiya və Kot`D-İvuar yığmaları qarşılaşıb. Oyunun əsas və əlavə vaxtları heç-heçə başa çatıb – 0:0. Hətta matçın 70-ci dəqiqəsində Zambiyanın qapısına penalti təyin olunub. Amma Didye Droqba zərbəni dəqiq yerinə yetirə bilməyib. Belə olan halda qalib penalti seriyasında müəyyənləşib. Bu zaman hər komanda 9 dəfə 11 metrlik zərbədən yararlanmalı olub. Zambiyadan Raynford Kalaba, Kot`D-İvuardan isə Kolo Ture və Gervinyo zərbəni dəqiq yerinə yetirməyib. Nəticədə, Zambiya penalti seriyasını 8:7 hesabı ilə udaraq, Afrika Millətlər Kubokunun qalibi olub.
Bu Zambiyanın 28-ci dəfə keçirilən Afrika Millətlər Kubokunda ilk belə uğuru olub. Zambiyalılar indiyədək iki dəfə gümüş, üç dəfə bürünc medal qazana bilmişdi. Yeni çempion bu uğuru qazanmış 14-cü komanda olub. Misir indiyədək kuboka ən çox sahib çıxan ölkədi – 7 dəfə.
Qeyd edək ki, Afrika Millətlər Kuboku bundan sonra tək illərdə keçiriləcək. Belə ki, bu il keçirilən turnir gələn il də təşkil olunacaq. Bu dəfə yarışa CAR ev sahibliyi edəcək. 2015-ci ildə təşkilatçı Mərakeş, iki ilə sonra isə Liviya olacaq.
Afrika Millətlər Kuboku
Final
12 fevral
Zambiya – Kot`D-İvuar 0:0 (penalti – 8:7)
Zambiya: Mveene, Musonda (Mulenqa, 12//Feliks Katonqo, 74), Sunzu, Himoonde, Nkausu, Sinkala, Lungu, Kansa, Kris Katonqo, Kalaba, Mayuka.
Kot`D-İvuar: Barri, Tiene, Kolo Ture, Bamba, Qosso, Zokora (Konan, 76), Tiote, Yaya Ture (Boni, 87), Gervinyo, Kalu (Cradel, 63), Droqba.
Dəqiq olan penaltilər: K.Katonnqo, Mayuka, Kansa, F.Katonqo, Mveene, Sinkala, Lunqu, Sunzu – Tiote, Vilfryed, Bamba, Qradel, Droqba, Tiene, Konan Ya.
Dəqiq olmayan penaltilər: Kalaba – Kolo Ture, Gervinyo.
Baş hakim: Badara Diatta (Seneqal).