Afroto rəsmən `Qarabağ`da!!!
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
17 Avq 2012
Afroto rəsmən `Qarabağ`da!!!
`Qarabağ`ımız daha bir transferini reallaşdırıb. Transfer siyasətinə həssas yanaşan komandamız cari mövsüm 3-cü legioner transferində də ənənəsinə sadiq qalıb. `Qarabağ`ımız Miro Varvodiç, Riçard Almeydanın ardından daha bir istedadı sıralarına qatıb. Misirin ən istedadlı futbolçularından sayılan Mustafa Selim və ya sürətli driblinq və fantastik texnikasına görə xəyal anlamına gələn `Afroto` artıq rəsmən `Qarabağ`da!!! Misirli futbolçu ölkəsinin ən güclü klubu sayılan `Əl-Əhli`dən gəlib. 2009-cü ildə ölkəsində keçirilən 21 yaşlıların dünya çempionatında millisinin aparıcı siması olub. `Qarabağ`ımızın Boludakı təlim-məşq toplanışına qatılan Mustafa `Rizespor`la keçirilən yoxlama oyununda meydana daxil olaraq qələbə qolunu vurmuşdu. Artıq Bakıda olan Mustafayla müqavilə bağlanılıb.