Aftandil Hacıyev: `Avroliqada 2 mərhələ, həm də `qızıl` dubl`...

single-news
9 İyn 2009

Aftandil Hacıyev: `Avroliqada 2 mərhələ, həm də `qızıl` dubl`...



`Qarabağ`ımızın başarılı müdafiəçilərindən Aftandil Hacıyev final maçının 2-ci dəqiqəsində zədələnərək meydanı tərk etməli olmuşdu. Sevindirici haldır ki, istedadlı arxa xətt oyunçusunun zədəsi elə də ciddi çıxmayıb. 27 yaşlı müdafiəçi artıq özünü normal hesab edir.  Artəq fərdi şəkildə yüngül məşqlərə başlayan Hacıyev Avroliqaya qədər hazır olacaq.  Aftandili dinləyək:` Əlbəttə, finalın ilk dəqiqəsində zədələnəndə 2 qat pis oldum. Həm komanda çətin vəziyyətdə qaldı, həm də heç kim belə həlledici oyunda kənardan qalmaq istəməz. Sevindirci haldır ki, son anda komandamız qələbə qazandı. Belə desək, kuboku qazanmaq zədəmin sağalmasına səbəb oldu. Şükürlər olsun ki, indi hər şey yaxşıdır. İnşallah, Avroliqanın oyunalrına qədər tam hazır olacam. Ən azı 2 mərhələ keçmək istəyirik. Düzdü, bu çətin olsa da, mümkün olmayan heş nə yoxdur. Hətta qışda sayta verdiyim açıqlamada `Qarabağ`ın avrokuboklara gedəcəyini söyləmişdim. İndi qalır avrokuboklarda 2 mərhələ keçmək. İnşallah, bu il azarkeşlərimizi Avropa uğurlarıyla sevindirəcəyik. Təbii ki, ölkə birinciliyində də ötən mövsümdəki nəticəni daha da yaxşılaşdıracağıq. Kubokun yanında çempionluğu qazanmaq heç də pis olmazdı.`

Paylaş

// pop up