AFTANDİL HACIYEV GERÇƏK EVİNƏ DÖNDÜ
AFTANDİL HACIYEV GERÇƏK EVİNƏ DÖNDÜ
Daha bir dönüş. “Qarabağ” Futbol Klubunun ötən mövsüm müdafiəsinin dirəklərindən olan, Azərbaycan futbolunun ən stabil müdafiəçilərindən olan Aftandil Hacıyev artıq yuvasına geri döndü. Ötən mövsümün sonunda komandanın baş məşqçisi tərəfindən göndərilən komandamızın əsas fiqurlarından biri məlum hadisələrdən sonra gerçək evinə döndü. Artıq "Qarabağ"ın müdafiəsi daha möhtəşəm olacaq. Rəqiblərin "Qarabağ"a qol vurması həqiqətən də müşkülə çevriləcək. Çempionluq haqqında mübarizə aparan komadamız daha da güclənəcək. 27 yaşlı müdafiəçimiz yuvasına dönüşü ilə əlaqədar baş verənlərə belə aydınlıq gətirdi:” Hər kəsə məlumdur ki, Qarabağ”dan necə ayrılmışdım. Bu komandadan getsəm də ürəyim həmişə burda olub. “Qarabağ”da hər şey çox fərqlidir. Futbolçulara yanaşma, rəhbərliyin inanılmaz dəstəyi, mehriban kollektiv. Burada əsl ailə mövcuddur. “Standart”a təşəkkür edirəm. Məni anlayışla qəbul etdilər. Onlara da uğurla arzulayıram. Amma "Qarabağ" mənim ikinci ailəmdir. Yuvama döndüyümə görə məmnunam."