AFTANDİL HACIYEV MİLLİYƏ ÇAĞRILDI
AFTANDİL HACIYEV MİLLİYƏ ÇAĞRILDI
“Qarabağ” Futbol Klubunun daha bir üzvü millidə!!! Bəli, əslində bu çağırış çoxdan gözlənilirdi. Cəmi 26 yaşı olmasına baxmayaraq, ölkənin ən təcrübəli müdafiəçilərindən sayılan, “Qarabağ”a gəldiyi gündən etibarən müdafiənin dirəyinə çevrilən, eyni zamanda “Qarabağ”ın kapitanlarından biri olan Aftandil Hacıyev Martın 26-sı səfərdə Litva ilə keçiriləcək yoxlama görüşünə dəvət alıb. 1 ildən çoxdur milliyə dəvət almayan Aftandildən baş verənlərə münasibətini öyrəndik.:” Təbii ki, bu xəbərə sevinməyə bilmərəm. Hər zaman bildirmişəm ki, millidə oynamaq hər bir futbolçu üçün şərəf olmalıdır. Və mən də belə düşünürəm. Yenidən millidən formasını daşıyacağımdan məmnunam. Və inşallah, çalışacam ki, millinin formasın daşıyarkən insanlarımızı da sevindirə bilək.”
Aftandilin milliyə çağrılmasında heç şübhəsiz müdafiəçinin “Qarabağ”ın heyətində sabit oyun sərgiləməsinin az önəmi olmayıb. Arxa xətt oyunçusu olmasına baxmayaraq komandamızda 2 qol vurmağı bacarmış Hacıyev yenidən əsas komandaya dönüşündə komandasındakı mövqeyinin az rolu olmadığını düşünür:” Əlbəttə, “Qarabağ”a gəldikdən sonra mütəmadi olaraq əsas heyətdə mübarizə aparmağım yəqin məşqçilərin diqqətindən qaçmayıb. “Qarabağ”da necə deyərlər yenidən özümü doğrulmağı bacardım. Təbii ki, burada komandamızın rəhbər və texniki heyətinin futbolçulara göstərdiyi dəstəyi unutmaq lazım deyil. Burada bizdən sadəcə futbolu düşünməyimizi istəyirlər. Allahın köməyi ilə oyunumla millidə hələ cox uzun müddətə forma geyinmək istəyirəm. “
Xatırladaq ki, Aftandillə yanaşı Aslan Kərimov və Fərhad Vəliyev də millinin düşərgəsinə çağrılıblar..