Aftandil Hacıyev “Winter League Convention 2024”də iştirak edib

single-news
13 Yan 2024

Aftandil Hacıyev “Winter League Convention 2024”də iştirak edib



“Qarabağ” futbol akademiyasının koordinatoru Aftandil Hacıyev “Winter League Convention 2024”də (WLC) iştirak edib. Yanvarın 10-13-də keçirilən tədbir Türkiyənin Antalya şəhərində baş tutub.

 

İdman biliklərinin təbliğinə həsr olunan görüşdə Azərbaycanı dörd mütəxəssis təmsil edib. Tədbirə müxtəlif ölkələrdən olan menecment mütəxəssisləri, akademiya rəhbərləri qatılıblar.

 

WLC iştirakçıları bir neçə mövzuda müzakirələr aparıblar. Hacıyev Antalyadakı tədbirin gələcək üçün səmərəli olduğu qənaətindədir: “Tədbirdə iştirakçılar çıxış edib, öz təcrübələrini bölüşdülər. Maraqlı keçən görüşlərin əksər ölkələr üçün səmərəsi olacaq. Antalyada tanış olduğum yeniliklər gələcəkdə fayda verə bilər. Burada Kristian Karambö, UEFA-nın sabiq texniki direktoru İoan Lupesku kimi tanınmış mütəxəssislər iştirak edirdi. Təcrübəli mütəxəssislərlə görüşdük, onlarla əlaqələr yarandı. Bu, gələcəkdə müxtəlif klublarla əməkdaşlıq baxımından səmərəli ola bilər. Ümumilikdə, Türkiyə səfəri bizim üçün faydalı keçdi. Belə tədbirlərdə tez-tez iştirak etmək futbol biliklərimizin artırılması baxımından səmərəlidir”.

 

Paylaş

// pop up