Aftandil uğurla bitdi, 3 gün sonra başlayır

single-news
1 Mar 2011

Aftandil uğurla bitdi, 3 gün sonra başlayır



2010-cu ilin  son dönəmində əla forma yığan, `Simurq`la oyunda həlledici qola imza atan Aftandil Hacıyevın zədələnməsini xəbər vermişdik. 29 yaşlı müdafiəçi qış hazırlığının sonuna yaxın dizindən zədələnmişdi. Artıq Aftandil Türkiyədə uğurla əməliyyat olunub. Türkiyənin azəriəsilli ünlü həkimi Mehmet Binnət tərəfindən keçirilən əməliyyat uğurlu alınıb. Aftandil tezliklə məşqlərə başlayacaq. Hacıyev saytımıza verdiyi açıqlamada bu barədə danışıb:`Zədələnməyim heç yerinə düşmədi. Amma futbolçu həyatında zədələr qaçınılmazdı. Allah şükür ki, əməliyyat uğurlu alındı. 3 gün sonra artıq yüngül qaçışa başlayacam. 10 gündən sonra isə artıq komandayla məşqlərdə iştirak edəcəm. İnşallah, tezliklə tam sağalıb komandaya faydalı olmaq istəyirəm.`

Paylaş

// pop up