Ağakişiyev Nakoneçnını "Qarabağ"a dəyişdi(Futbol+qol)
1 İyn 2007
Ağakişiyev Nakoneçnını "Qarabağ"a dəyişdi(Futbol+qol)
Murad sözünün üstündə durdu. İqor Nakoneçnının ayağına getmədi. "MKT-Araz"da ya o qalacaq, ya da mən" dedi. İmişlilər ukraynalıya üstünlük verincə, Ağakişiyev də "köç"ünü "Qarabağ"dan saldı. "Neftçi", "Bakı" və "İnter" yarımmüdafiəçinin xidmətində maraqlı tərəf kimi çıxış eləsə də, məhz ağdamlılar irəli düşdü. Olmaya "Qarabağ"lıların maddi şərtləri Muradı özünə çəkib? Dediyinə görə, yox. "Qarabağ"la müqavilə imzaladıqdan sonra ilk müsahibəsini klubun rəsmi saytına verən futbolçu seçiminin səbəblərini açıqlayıb.
- İlkin təəssüratlarını eşitmək maraqlı olardı.
- Nə deyə bilərəm... Futbolçu üçün ən əsası futbol oynamaqdır. Mən də tezliklə məşqlərin başlanmasını gözləyirəm.
- Hazırda üzdə olan ən güclülərdən sayılırsan...
- Deməzdim ki, özümü güclü futbolçu hesab edirəm. Sadəcə, harada oynamağımdan asılı olmayaraq, əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Bu alınır, yoxsa yox, bunu ancaq futbol ictimaiyyəti deyə bilər. Əgər oyunumla kiminsə rəğbətini qazanmışamsa, buna ancaq sevinərəm.
- Hər halda artım göz qabağındadır.
- İlk növbədə istək amilini qeyd etməliyəm. Meydanda olanda uğurdan başqa heç nə fikirləşmirəm. Futbolu çox sevirəm. Bu sevgi mənim gündən-günə inkişaf etməyimə təsir göstərir.
- "Qarabağ" növbəti mövsümdə qarşısına böyük hədəflər qoyub. Yəqin ki, bunun da sənin seçimində rolu olub?
- Əlbəttə. Bura gəlməyimin əsas səbəblərindən biri "Qarabağ"ın adı və rəhbərliyin insani yanaşmasıdır. Eyni zamanda Rasim Kara kimi peşəkar məşqçini də unutmaq lazım deyil. Rasim bəy yetərincə tanınmış məşqçidir. Buranı seçməyimdə onun az rolu olmayıb. Mənim üçün əsas məsələ pul deyil. Əvvəlki klubumda mənə istədiyim məbləği verəcəklərini bilirdim. Rəhbərliklə də heç bir problemim yox idi. Lakin Rasim Kara faktoru məni "Qarabağ"a gətirdi.
- Rasim Kara sənin üçün bu qədər önəmlidir?
- Bəli. Əgər başqa məşqçi olsaydı, bəlkə də bir qədər fikirləşərdim. Amma Rasim bəyin dəvətini tərəddüdsüz qəbul etdim.
- Onunla ilk görüşünüz necə keçdi?
- Mənimlə çox səmimi söhbət etdi. Sizi inandırım ki, elə bil balaca qardaşı ilə danışırdı. Bu söhbətdən sonra "Qarabağ"a gedəcəyimi qət etdim.
- Bələ bir inam və etibar qarşısında çempion olacağınıza inanaq?
- Hər şey də olduğu kimi, inam ən önəmli amildir. Əlbəttə, müəyyən hədəflər olmasaydı, bura gəlməzdim. Amma belə məşqçinin olduğu yerdə inam və ambisiya mütləq olur.
- Hər bir ambisiyalı futbolçu Avropada çıxış etməyi arzulayar. Bəs sən necə?
- İnşallah. Bunu kim istəməz ki? Hoca mənimlə iki illik müqavilə bağlamağı təklif edib. Amma Avropadan təklif gələcəyi təqdirdə gedəcəyimi təşkil edəcəyini bildirib. Hətta mənim bu səviyyəyə yüksəlməm üçün hər şey edəcəyini dedi. Bunun üçün isə ilk növbədə "Qarabağ"ı layiq olduğu yerə gətirməyə kömək göstərməliyəm.
- Murad, indiyə kimi bir neçə mövqedə oynamısan. Əsl Muradı harada görmək istəyirsən?
- Düzdür, sağ, sol, hücumçuların arxasında və ən nəhayət, Olimpiya millisində hücumçu kimi də oynamışam. Hətta bir oyunda sağ cinah müdafiəçisi kimi də çıxış etmişəm (gülür). Ona görə də hər yerdə oynamağı öyrənmişəm. Əsas odur ki, komandaya fayda verə bilim.
- Deməyim odur ki, millinin hücumçuları Kənan Kərimov və Vaqif Cavadov da "Qarabağ"da çıxış edir. Rəqabətdən çəkinmirsən?
- Yox, niyə qorxmalıyam. Elə olsa, onda gərək futbol oynamayaq. Milliyə gedəndə də belə söhbətlər var idi. Lakin əslində rəqabət futbolçunun artırmasına kömək olur. Başqa sözlə, rəqabətə ancaq sevinmək lazımdır.
- Belə çıxır ki, bir yerdə oynamığınız sizə daha çox xeyir verəcək?
- Sözsüz. Millinin toplanışında bir yerdə olmuşuq. Zənnimcə, hansı mövqedə oynamağımızdan asılı omayaraq, komandanı qarşısıalınmaz komandaya çevirə biləcəyik.
- Azarkeşlərə nə demək istəyirsən?
- Söz verirəm ki, komandanın adına layiq yerdə olması üçün əlimdən gələni əsirgəməyəcəm. İnşallah, "Qarabağ" tezliklə qüdrətli günlərini geri qaytaracaq.

Vüsal