AĞASƏLİM MİRCAVADOV: "HAKİMLƏRƏ SÖZ DEMƏKDƏN MƏN DƏ YORULMUŞAM..."
16 Fev 2006
AĞASƏLİM MİRCAVADOV: "HAKİMLƏRƏ SÖZ DEMƏKDƏN MƏN DƏ YORULMUŞAM..."
Oyundan sonra Mətbuat Konfransı keçirildi. İlk söz qonaq komanda olan "Qarabağ"ın Baş Məşqçisi Böyükağa Ağayevə verildi:
"İlk növbədə,"Neftçi"ni qələbə münasibətilə təbrik edirəm.Onlara qarşıdakı turlarda da uğurlar arzulayıram. Oyuna gəlincə, hamımız gözəl oyunun şahidi olduq. İlk hissədə daha baxımlı oyun sərgilədik. Lakin qol vura bilmədik. Əvəzində rəqibin son dəqiqədə qol vurması futbolçuları bir qədər sındırdı. Qola gəlincə isə, həmin qolun oyundan kənar vəziyyətdə olduğunu düşünürəm. Belə hakimliklə futbolumuz inkşaf etdirəcəyiksə...."
Sonra "Neftçi"nin Baş Məşqçisi Ağasəlim Mircavadov öz fikirlərini bölüşdü:
"Qarabağ"la "Neftçi" arasında keçirlən qarşılamalar həmişə prinsipiallığı ilə yadda qalıb. Eyni zamanda bütün oyunlar da baxımlı keçib. Bu oyunda istisna olmadı. Hər iki komanda gözəl futbol sərgilədilər. Hakimliyə gəlincə isə, onlara söz deməkdən artıq mən də bezmişəm. Sözü çox deyəndə də söz ucuzlaşır. Onlara nə qədər söz demək olar???!"