AĞASƏLİM MİRCAVADOV: "HƏR ŞEY SURAXANIDA HƏLL OLUNACAQ"

single-news
25 Apr 2006

AĞASƏLİM MİRCAVADOV: "HƏR ŞEY SURAXANIDA HƏLL OLUNACAQ"



Oyundan sonra mətbuat konfransı keçirildi. İlk söz Böyükağa Ağayevə verildi: "Sevinirəm ki, uşaqların qarşısına qoyduğum qol buraxmamaq vəzifəsinin öhdəsindən gələ bildilər. Bir neçə epizodda hətta hesabı açmağada yaxın olduq. Lakin bu o demək deyil ki biz qalib gəlməliydik. Oyunda ev sahiblərinin də bir neçə 100%-lik imkanları oldu. Hər iki komandanın imkanlarını bərabər dəyərləndirərdim..." Sonra Ağasəlim Mircavadov fikirlərini bölüşdü: "Oyunun çətin keçəcəyini əvvəlcədən də proqnozlaşdırmışdıq."Qarabağ" bütün gücünü kuboka yönəldib. Buna baxmayaraq komandamın hücum xəəttindən narazıyam. Belə oyunlarda adətən ələ düşən bir neçə moment olur ki, onların da heç birindən hücumçularım istifadə edə bilmədi..."

Paylaş