Ağasəlim Mircavadov: “Oyunu hakimlərin vicdanına yazıram” (ÇEMPİON, 06.05.2005)

single-news
6 May 2005

Ağasəlim Mircavadov: “Oyunu hakimlərin vicdanına yazıram” (ÇEMPİON, 06.05.2005)



”Qarabağ” - ”Neftçi” 2:1 Qollar: E. İmaməliyev, 37; V. Nadirov, 90 - T. Mişura, 81 ”Qarabağ”: Rauf Mehdiyev, Andrey Kolinenko, Vladimir Boqaç, Mübariz Orucov, Aslan Kərimov (Aqil Məmmədov, 18), Mustafa Engin Özmən, Emin İmaməliyev (İsmayıl Məmmədov, 53), Denis Sokolovski, Abuzər İbrahimov, İvan Karamanov (Vüqar Nadirov, 74), Vadim Vasilyev ”Neftçi”: Hüseyn Məhəmmədov, Anatoli Tebloyev (Tomislav Mişura, 75), Emin Quliyev, Valeri Abramidze, Mahmud Qurbanov, Qurban Qurbanov, Rəşad Sadıqov, George Adamiya, Tomislav Vişeviç (Elçin Rəhmanov, 88), Ruslan Abbasov, Zaur Tağızadə Sarı vərəqələr: V. Boqaç, M. Özmən, İ. Karamanov, V. Nadirov, V. Vasilyev, T. Vişeviç Hakimlər: Məhəmməd Məmmədov, Ruhulla Kərimov, Vaqif Ayvazov, Arif Ağayev Stadion: “Tofiq İsmayılov” (Suraxanı), 6000 tamaşaçı Bütün ölkələrdə derbilər çempionata xüsusi rəng qatır. Bizdə isə adətən “Qarabağ”la “Neftçi” arasında keçirilən matçlar bu qəbildən olur. Çərşənbə günü sözün əsl mənasında Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda izdiham var idi. Hətta Azərbaycan çempionatında nadir hallarda gördüyümüz bir hadisənin də şahidi olduq. Artıq oyunun başlanmasına yarım saat qalmış stadionda oturmağa bir dənə də olsun boş yer yox idi. ”Neftçi”nin heyətində elə bir dəyişiklik yox idi. Ağasəlim Mircavadov həmişəki onbirliyi meydançaya çıxarmışdı. Bunun əvəzində “Qarabağ”da uzun müddətdir ehtiyatda qalan Abuzər İbrahimov əsas heyətə qayıtmışdı. Bu futbolçu adətən müdafiənin mərkəzində yer alsa da, bu görüşdə sol cinahda qərarlaşmışdı. Arenaya toplaşmış 6000 azarkeş ilk hissədə baxımlı oyun görməsədə, eyni sözləri ikinci yarıya aid etmək olmaz. Maraqlıdır ki, ikinci hissəyə baş hakim sadəcə iki dəqiqə artırdı. Elə məhz əlavə edilmiş ikinci dəqiqədə də ağdamlılar qələbə qolunu vura bildilər. Bu epizodda “Neftçi”nin futbolçuları hakimlərin üzərinə şığısalar da, qərar dəyişmədi. Buraxılan qolda Hüseyn Məhəmmədovun səhvi böyük idi. Final fitindən sonra həm “Qarabağ”ın, həm də “Neftçi”nin fanatlarını ot örtüyünün üstündə görmək olardı. Hətta dava-dalaş stadionun çölündə də davam etdi. Oyundan sonra keçirilən mətbuat konfransında hər iki məşqçi hakimlərdən narazı qalduqlarını bildirdilər. Ağasəlim Mircavadov məhz bu səbəbdən məğlub olduqlarını bildirdi: “Oyunu hakimin vicdanına yazıram”. Bu dəfə də AzTV azarkeşlərin gözlərini yolda qoydu. Belə ki, bu cür qarşılaşmanı dövlət kanalı yalnız bir gün sonra yayımlamağı daha məqsədəuyğun saydı. “Qarabağ” klubunun icarçı direktoru əmrah Çəlikəl də kanalı tənqid etməkdən çəkinmədi: “Futbol azarkeşi, fərqi yoxdur, istər “Neftçi”li, istərsə də, “Qarabağ”lı olsun, matçı izləmək istəyir. Biz öz teleyayım hüquqlarımzı AFFA-ya vermişik. Və onlar da dövlət kanalı ilə razılıq əldə ediblər. Amma səlahiyyətli olan telekanal bu matçın önəmini nəzərə almayıb, öz mənafeyini üstün tutaraq, oyunu xalqa göstərməkdən imtina etdi. Yalnız bir gün sonra, teleməkanda baxım reytinqinin ən aşağı səviyyəli zaman kəsiyində efirə verməklə öz borcunu bitmiş hesab etdi. Biz isə öz borcumuzu az da olsa yerinə yetirdik. Qarşılaşmanı izləməyə gələnləri qapı arxasında saxlamaği özümüzə sığışdırmayaraq, matça izləməyə gələnlər üçün şərait yaratdıq. Oyun o qədər gözəl idi ki, inanın, heç kim matçdan sonra ayaq üstə qaldığını yox, gözəl qarşılaşmanın şahidi olduğunu danışırdı”. Vaqif Sadıqov (Gənclərdən ibarət yığma komandamızın baş məşqçisi): “Bu görüşdə “Qarabağ” sübüt etdi ki, güclü komandadır. Liderliyi yenidən qaytara bildi. Ağdamlılar üçün bu matç “olum-ölüm” oyunu idi. Ponomaryovun yetirmələrinin son dəqiqədə qol vurması onların mübarizə gücünün yüksək səviyyədə olduğunu göstərir. “Qarabağ” daha intizamlı komandadır. Lakin “Neftçi”də daha səviyyəli futbolçular toplaşıb”.

Paylaş