AĞASƏLİM MİRCAVADOV: "RƏQİBİMİZ AZƏRBAYCANIN ƏN ƏZMKAR KOMANDASI İDİ"
9 Noy 2006
AĞASƏLİM MİRCAVADOV: "RƏQİBİMİZ AZƏRBAYCANIN ƏN ƏZMKAR KOMANDASI İDİ"
Oyundan sonra Mətbuat konfransı keçirildi. İlk söz komandamızın baş məşqçisi Böyükağa Ağayevə verildi: "Xəzər" komandasını qələbə münasibətilə təbrik edirəm. Yaxşı oyun oldu. İlk hissədə komandam verdiyim bütün tapşırıqlara əməl etdi və bunun nəticəsi olaraq da, qapımız qarşısında təhlükəli vəziyyətlər yaranmadı. Əvəzində 20-ci dəqiqədə Samirə qarşı kobudluq təmiz 11 metrlik zərbə idi ki, hakim bunu etmədi. İkinci hissədə meydan sahibləri hesabı açdılar ki, bu da onlara qələbə gətirdi. Qarşıda təxirə salınmış oyunumuz var ki, Aslanla Romalın sarı vərəqə alması işimizi daha da çətinləşdirdi..."
Sonra Ağasəlim Mircavadov öz fikirlərini bölüşdü: "Qarabağ" komandası ilə oyunun çətin keçəcəyini bilirdim. Məşqlərdə bütün variantlar üzərində işlədik və bunun bəhrəsini də ikinci hissədə gördük. İlk hissədə oyunumuz alınmadı, daha doğrusu buna "Qarabağ" imkan vermədi. Mən "Qarabağ"ın Azərbaycanın ən əzmkar komandası olduğunu vurğulamaq istəyirəm. Bu komanda həmişə öz dəsti-xətti olan bir klub olub...."