AĞASƏLİM MİRCAVADOV:"QARABAĞ" - "NEFTÇİ" GÖRÜŞÜ ZAMANI BAŞ VERƏ BİLƏCƏK İNSİDENTLƏRƏ GÖRƏ AFFA MƏSULİYYƏT DAŞIYACAQ" (HET-TRİK,29.04.2005)
29 Apr 2005
AĞASƏLİM MİRCAVADOV:"QARABAĞ" - "NEFTÇİ" GÖRÜŞÜ ZAMANI BAŞ VERƏ BİLƏCƏK İNSİDENTLƏRƏ GÖRƏ AFFA MƏSULİYYƏT DAŞIYACAQ" (HET-TRİK,29.04.2005)
"Qarabağ" mövsümün qalan ev oyunlarını Suraxanı qəsəbəsindəki T.İsmayılov adına stadionda keçirəcəyi haqda məlumat vermişdik. Xatırladaq ki, artıq mayın 4-də ölkə çempionatının növbəti turu çərçivəsində "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq. Ağdam Klubunun icraçı direktoru Emrah Çelikel APA-ya sözügüdən stadionda təmir işlərinin başa çatdığını bildirməklə, klubun ev oyunlarının məkanının dəyişməsinin səbəbini açmağa çalışıb.
Bu qərar "Neftçi" rəhbərliyini təşfişə salıb. Klubun baş məşqçisi Ağasəlim Mircavadov Suraxanıdakı stadionun ot örtüyünün bərbad olmasından narahatdır: "Başa düşmürəm, niyə məhz "Neftçi" ilə oyunlar "Şəfa" stadionunda deyil, atılmış vəziyyətdə olan Suraxanıdakı arenada keçirilməlidir. Qaydalar hamı üçün eyni olmalıdır."
Mütəxəssis "Neftçi" ilə görüş zamanı baş verə biləcək insidentlərə görə bütün məsuliyyətin birbaşa AFFA rəhbərliyinin üzərinə düşəcəyinin bildirib.