Ağayev hazırlıqdan razıdı (futbol+, 20.06.2006)

single-news
20 İyn 2006

Ağayev hazırlıqdan razıdı (futbol+, 20.06.2006)



Mərhələ adlamağı hansı məşqçi istəməz?” - Hazırlığımız normal keçir. Gündə üç dəfə məşqə çıxırıq. Düşərgədə demək olar ki, zədəli futbolçu yoxdu. Əsas üstünlüyü fiziki hazırlığa yönəltmişik. İyunun 22-nə kimi burda qalacağıq. Ayın 23-də bildiyiniz kimi, püşkatma olacaq. Qaxdan qayıdandan sonra bir neçə gün Bakıda qalacağıq ki, sonra Türkiyəyə getməyi planlaşdırmışıq. İyulun 7-nə kimi Türkiyədə təlim-məşq toplanışı keçəcəyik. - Bir neçə gün əvvəl Kənan Kərimovu və Samir Abbasovu sıralarınıza qatdız. Yenə hansısa futbolçuyla anlaşmağı düşünürsüz? - Hələ ki heç nə yoxdu. - Bir-iki türkiyəli legionerin “Qarabağ”a gələcəyi deyilir... - Xəbərim yoxdu, hazırda düşərgədə 18 futbolçu var. Hazırlığa qatılanlar da bunlardı. - Hansı mövqeləri gücləndirməyə ehtiyac var? - Biz hələ oyun keçirməmişik. Bu üzdən hansı mövqelərin zəif, hansıların güclü olduğunu demək çətindi. - UEFA kubokunda mərhələ adlayacağınıza inanırsız?...

Paylaş

// pop up