AĞAYEV TƏQVİMDƏN NA(RAZI)DIR (FUTBOL+QOL, 02.09.2006)

single-news
2 Sen 2006

AĞAYEV TƏQVİMDƏN NA(RAZI)DIR (FUTBOL+QOL, 02.09.2006)



"Qarabağ" Futbol Klubu qarşıdakı oyunların hazırlıqlarını davam etdirir.Komandanı Ölkə kubokunun 1/16 final qarşılaşmasında birinci dəstə təmsilçisi ilə keçirəcəyi oyunun ardından çempionatda vacib əhəmiyyət daşıyan "Neftçi" ilə oyun gözləyir. İki günlük istirahətin ardından gündəlik bir dəfəlik məşqlər edən "Qarabağ" FK hazırlıqları Suraxanı qəsəbə stadionunda keçirir. Komandanın dörd üzvü - Cahangir Həsənzadə, Sergey Sokolov, Aslan Kərimov və Samir Musayev millinin düşərgəsindədirlər. Azər Məmmədov fərdi məşqlərlə kifayətlənsə də, digər zədəli futbolçular Mübariz Orucov, İrakli Beraya, Hakan Dəmir artıq tam gücü ilə komandanın hazırlıqlarında iştirak edir. Azər Məmmədovun da yaxın 2 gün ərzində fərdi məşqlərdən komanda məşqlərinə qatılacağı gözlənilir. Baş Məşqçimiz Böyükağa Ağayev yaranmış fasilənin komanda üçün faydalı olduğunu düşünür: "Çempionat başlanmasına baxmayaraq, bir ayda iki oyun oynamaq əlbətdə ki normal bir hal deyil. Bunun ardından isə yenidən 20 günlük fasilə yaranmışdır. Komandanın oyun praktikası baxımından bu faydalı olmasa da, zədəlilər baxımından bunun xeyrinin də olduğunu deyə bilərəm. Zədəli futbolçularımın bu zaman kəsiyində hamısının sıraya dönəcəyi dəqiqdir. İnanıram ki, "Neftçi" ilə oyunda komandam optimal heyətlə meydana çıxacaqlar..."

Paylaş