AĞDAM KLUBU ÜSTÜNLÜYÜNÜ ƏLDƏN VERDİ (ayna, 29.07.2006)

single-news
29 İyl 2006

AĞDAM KLUBU ÜSTÜNLÜYÜNÜ ƏLDƏN VERDİ (ayna, 29.07.2006)



"Qarabağ" - "Zimbru" oyunu "Srace" kanalı ilə canlı yayımlandığından matç barədə geniş danışmaq fikrində deyilik. Sadəcə, onu demək istərdik ki, birinci hissədə mübariz görünən Ağdam klubu ikinci hissədə tam dəyişdi. Oyunun vurulan qollar baxımından gedişatı da elə bunu göstərir. "Zimbru" inanılmaz azarkeş dəstəyinə baxmayaraq, ağdamlılardan qətiyyən çəkinmədi, əksinə, imkan düşdükcə kəsərli hücumlar da təşkil etdi. Beləcə, Ağdam klubu 1:2 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırdı. "Qarabağ"ın baş məşqçisi Böyükağa Ağayev uğursuzluğa görə Azərbaycan xalqından üzr istəyib: "Təəssüf ki, məğlub olduq. Əsas günahkar mənəm".

Paylaş