Ağdamda davam: `Qarabağ` - `Rəvan` 2:0.

single-news
16 Dek 2011

Ağdamda davam: `Qarabağ` - `Rəvan` 2:0.



`Qarabağ`ımız `Rəvan`la oyuna qələbə üçün çıxmışdı. Son oyunlarda artıq sabit çıxış edən komandamız bakılılarla oyunda 3 xalı hədəfləyirdi.
Komandamız oyuna bu heyətlə çıxmışdı: Bojan Pavloviç, Maksim Medvedev, Zaur Həşimov, Admir Teli, Ansi Aqolli, Namiq Yusifov, Rəşad Sadiqov, Nderim Nedzipi, Əfran İsmayılov, Georgi Adamiya, Bəxtiyar Soltanov.
Heyətdən göründüyü kimi, cəzalı Roşanı Nedzipi əvəzləmişdi. Matç 1 dəqiqəlik sükutla başladı. Azərbaycanın xalq artisti, görkəmli muğam ustası Qədir Rüstəmovun xatirəsi bir dəqiqəlik  sükutla yad edildi.  Oyuna komandamız üstün başlasa da, ilk yarıda rəqibin müdafiəsini yarmaq mümkün olmadı. Əvəzində komandamız rəqibi qapımıza yaxınlşamağa qoymadı. İlk yarının sonuna yaxın isə komandamız ciddi itkiylə qarşılaşdı. Sadiqov dizindən zədələnsə də ilk yarının son 10 dəqiqəsində meydanda qalmağa güc tapdı.
2-ci yarıya komandamız iki əvəzetməylə başladı. Rəşadı adaşı, Bəxtiyarı Rauf əvəzlədi. Sadiqovun yeriə meydana çıxan Sadıqov ənənəvi olmayan mövqedə, hücuma yaxın yerdə qərarlaşdı. İkinci yarının ilk dəqiqələri `Rəvan`ı bir neçə hücumla yadda qalsa da, tezliklə Sadıqovun əsrarərngiz ötürmələri oyunu xeyrimizə çevirdi.  72-ci dəqiqədə nəhayət istəyimizə çatdıq. Əfran fantastik reyd edərək nağılvarı qol vurdu. Cəmi 4 dəqiqə sonra hesabı yenidən artırdıq. Raufu cərimə meydançası daxilində kobudluqla dayandırdılar. Əfran isə şansını qaçırmadı, 2:0.
Komandamız son dəqiqələrdə oyuna nəzarəti əlində saxlayaraq hesabı qorudu və növbəti qələbəsini qazandı.

Paylaş

// pop up