AĞDAMIN İCRA BAŞÇISI DA FUTBOLÇULARIMIZI TƏBRİK ETDİ

single-news
8 Noy 2004

AĞDAMIN İCRA BAŞÇISI DA FUTBOLÇULARIMIZI TƏBRİK ETDİ



Noyabrın 6-da «Qarabağ» ölkə çempionatında növbəti qələbəsini qazandı. Bu dəfə komandamız paytaxtın güclü klublarından olan «İnter»i 3-1 hesabı ilə məğlub etdi. Oyuna maraq olduqca böyük idi. Təsadüfi deyil ki, stadiona toplaşan yüzlərlə «Qarabağ»sevərdən başqa bu qarşılaşmanı izləmək üçün bir sıra rəsmi şəxslər o cümlədən Ağdam rayon icra hakimiyyətinin başçısı Həsən Sarıyev, futbol üzrə yığma komandamızın baş məşqçisi Karlos Alberto Torres də T. İsmayılov adına Suraxanı qəsəbəsindəki arenaya gəlmişdi. Oyundan sonra «Qarabağ» futbolçularını təbrik etmək üçün Həsən Sarıyev vitse-prezidentimiz Tahir Gözəllə birgə soyunub-geyinmə otağına gəldi. Futbolçuları qələbə münasibəti ilə təbrik edən Həsən Sarıyevlə Tahir Gözəl onlara belə qələbələrin davam etməsini arzuladı.

Paylaş

// pop up