Ağdamın icra başçısı klubların təhlükəsizliyinə təminat verdi (17-04-2009, fanat.az)

Ağdamın icra başçısı klubların təhlükəsizliyinə təminat verdi (17-04-2009, fanat.az)
Həsən Sarıyev: "İnter"in Quzanlıya gəlməməsinə heç bir səbəb yoxdur"
"90 min adamın təhlükəsizliyinə təminat vermişik, 11 nəfəri qoruya bilməyəcəyik?"
Fanat: "İnter"in prezidenti Georgi Nikolov "Qarabağ"la Ağdamın Quzanlı qəsəbəsində qarşılaşmaqdan imtina edir. Bank klubunun rəhbəri əvvəlcə buna razı olduğunu desə də, bir gün sonra cəbhə bölgəsinə getmək istəmədiklərini bildirdi. Ağdamın icra başçısı Həsən Sarıyev isə Fanat.az-a açıqlamasında "İnter"in Quzanlıya gəlməməsi üçün heç bir səbəb görmədiyini bildirdi.
İcra başçısı Fanat.az-a açıqlamasında Ağdama gələcək bütün klubların təhlükəsizliyinə təminat verdi: "Bütün klublar əmin ola bilər ki, onların təhlükəsizliyi burda ən yüksək səviyyədə təşkil olunacaq. Ağdamda 90 min adam yaşayır. Bu qədər insanın təhlükəsizliyinə təminat veririk, 11 nəfəri qoruya bilməyəcəyik? Məncə, "İnter"in Ağdama gəlməməsi üçün heç bir səbəb yoxdur. Əksinə, onlar bura gəlsə, yüksək səviyyəli qonaqpərvərliklə qarşılaşacaqlar. Ağdamlı azarkeşlərin qarşısına çıxdıqları üçün biz onlara hər cür təşəkkür etməyə hazırıq. İnanıram ki, komandalar ağdamlıların çağırışını eşidəcək və Quzanlıya gələcəklər".