Ağdamlılar axtarışdadı (FUTBOL+, 31.05.2005)

single-news
31 May 2005

Ağdamlılar axtarışdadı (FUTBOL+, 31.05.2005)



"Qarabağ"da susqunluq davam edir. Rəhbərlik boş qalan məşqçi postuna mütəxəssis axtarışını davam etdirir. Gələcəklə bağlı bütün planlar da qeyd etdiyimiz məqamdan sonraya saxlanılıb. Hələ ki, heyətdə yer alan futbolçular istirahətdədi. Komandanı tərk edəcək oyunçuların kimliyi isə yeni məşqçinin təyinatından sonra aydınlaşacaq. Real olan variant hazırda klubun uşaq futbol məktəbində çalışan Sərpil Həmdi Tüzünün baş məşqçi postuna təyinatı istiqamətindədi. Amma bugünlərdə yeni "sükançı"nın kimliyi ilə bağlı başqa ehtimallar da səslənir. Söhbət hazırda "Turan"la müqaviləsi davam edən Naci Şensoyun Ağdam komandasına gətiriləcəyindən gedir. Şensoy Bakıda olmadığından ondan məsələyə münasibət öyrənə bilmədik. Belədə "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Asif Əsgərovla əlaqə saxladıq: "Yaxın günlərdə baş məşqçi məsələsi həll olunacaq. Hələ ki, heyətdə olan futbolçularla yeni mövsüm üçün söhbət edilməyib. Bütün variantlar yaxşıca götür-qoy edildikdən sonra yekun qərar veriləcək".

Paylaş