Ağdamlılar gözləyir (idman.azer.net)

single-news
7 İyl 2005

Ağdamlılar gözləyir (idman.azer.net)



"Qarabağ" rəhbərliyi dünən Türkiyədən qayıdıb klubun problemlərini çözməliydi. Belə ki, klubun vitse-prezidenti Tahir Gözəl, eləcə də icraçı direktor Əmrah Çəlikəl yeni baş məşqçiylə birlikdə gəlib yeni mövsümün planlarını cızmalıydı. Komandadan ayrılan əksər oyunçular da məhz onlarla görüşdən sonra gələcək taleyinə aydınlıq gətirmək niyyətindəydi. Ağdam klubu rəhbərliyinin dünən axşamüstü ölkəyə gəlişi gözlənilirdi. Amma nədənsə ağdamlılar hər şeyi gizli saxlayır. Nə yeni gələn məşqçi, nə də planlar haqda bilgi verirlər. Hazırda klubda cəmi 9 futbolçu qalıb: Azər Cabarov, Samir və Ruslan Musayevlər, Vitali Kovalyov, Mübariz Orucov, Mustafa Engin Özmən, Denis Sokolovski, Mustafa Coşqun, Artyom Şubin. Aqil Məmmədov, Rauf Mehdiyev, Vadim Vasilyev, Aslan Kərimov, İsmayıl Məmmədov, Vüqar Nadirov, Emin İmaməliyev və başqaları digər komandaların düşərgəsindədi. Rəhbərlik heyətdə qalan oyunçulara gənclərlə birlikdə təlim-məşq toplanışına yığıb növbəti mövsüm üçün ortabab komanda formalaşdırmaq istəyir. Hər halda bütün məsələlərə ən geci bu gün aydınlıq gələcək.

Paylaş

// pop up