Ağdamlılar Lənkəran qalmaqalını unudub (FUTBOL+, 24.09.2005)

single-news
24 Sen 2005

Ağdamlılar Lənkəran qalmaqalını unudub (FUTBOL+, 24.09.2005)



Ötən mövsümün sonunda keçirilən "Xəzər-Lənkəran" - "Qarabağ" matçı böyük səs-küyə səbəb oldu. Ağdam klubunun medalçılar sırasına düşə bilməməsində həmin oyunun böyük rolu vardı. Matçın cənub klubunun böyükhesablı qələbəsiylə başa çatması "Qarabağ"da bir neçə futbolçuyla bağlı şübhələrin yaranmasına səbəb olmuşdu. 3:0 hesabıyla bitən görüşün bir neçə oyunçu tərəfindən satıldığı güman edilirdi. Bu oyunçular arasında "Qarabağ"ın legionerləri Vladimir Boqaç və Andrey Kolinenkonun da adı hallanırdı. Bu mövsüm həmin oyunçuların adını iştirak ərizəsində görmədik. Bir qədər gec də olsa, oyun satmaqda təqsirləndirilən futbolçuların taleyilə maraqlanmaq qərarına gəldik. Buna görə də "Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikəllə əlaqə saxladıq: "Bu məsələyə təkrar dönmək istəməzdim. Yaşananlar geridə qaldı. Olubsa da, olmayıbsa da bu artıq keçmişdi. Boqaç və Kalinenkonu soruşursuzsa, onlar hazırda Ukraynadadı. "Qarabağ" artıq bu məsələni unudub".

Paylaş