AĞDAMLILAR YIĞMAYA AVSTRİYADAN QOŞULACAQ.(FUTBOL+,18 YANVAR)

single-news
18 Yan 2005

AĞDAMLILAR YIĞMAYA AVSTRİYADAN QOŞULACAQ.(FUTBOL+,18 YANVAR)



Nəzərdə tutulduğu kimi, milli komandamız saat 18:00-da “Şəfa” stadionunda bir araya gəldi. Yığmanın məşqçisi Elxan Abdullayev oyunçuları bir araya gətirdikdən sonra komanda Buzovnadakı “Gənclik” İdman – Turizm Mərkəzinə yollandı. 18 nəfərlik heyətdə yer alan və ölkədə hazırlıq keçən M.Yusifov (OMİK), R.Əmirbəyov, R.Məlikov (hər ikisi “Bakı”), V.Haqverdiyev, V.Quliyev(hər ikisi “MKT-Araz”), A.Hacıyev, N.Nəbiyev, K.Kərimov (hər üçü “Turan”), M.Şükürov (“Karvan”) və D.Axtyamova (“İnter”) Türkiyədə təlim- məşq toplanışında olan “Xəzər- Lənkəran”ın üzvləri R.Abdullayevlə İ.Əbdürrəhmanov da qoşulub. Türkiyədə hazırlıq keçən “Qarabağ”ın millidəki üzvləri – Rauf Mehdiyev, Samir Abbasov, Aslan Kərimov, İsmayıl Məmmədov, Aqil Məmmədov və Vüqar Nadirov Bakıya gəlməyib.Bu “altılıq” Avstriya paytaxtında yığmaya qoşulacaq. Ötən gecə Bakı – Vyana reysiylə vətəni tərk edən millilərimiz dörd saatlıq yol qət edərək, Avstriya paytaxtına çatacaq. Ümumiyyətlə, ölkənin bir nömrəli komandası günün sonunda Trinidad və Tobaqoya təşrif buyuracaq.

Paylaş