AĞDAMLILARIN İLK SUMQAYIT SƏFƏRİ UĞURSUZ OLDU ( FUTBOL+QOL, 13.12.2005)
13 Dek 2005
AĞDAMLILARIN İLK SUMQAYIT SƏFƏRİ UĞURSUZ OLDU ( FUTBOL+QOL, 13.12.2005)
Matçın ilk dəqiqələri hər iki komanda meydandan qalib ayrılmağa istəkli olduğunu göstərdi. İlk 10 dəqiqədə meydanda yaşananlar futbol barədə təsəvvürləri alt-üst edirdi. Kobud hərəkətlərin intensivliyi və sərt oyun bunu deməyə əsas verir. Hesab açılanadək qapılar ağzında təhlükəli vəziyyətlərin qıtlığını da bununla əlaqələndirmək olar. Belə epizodlardan birində baş hakim Brankoviçi Aslan Kəırimova qarşı kobud hərəkətinə görə qırmızı vərəqə ilə cəzalandırmalı olduğu halda, hər iki futbolçuya sarı göstərməklə kifayətləndi...
...İqor Nakoneçnı: "Birinci hissədə oyunumuz daha yaxşı alındı. İstifadə edə bilmədiyimiz qol imkanları da var idi. Qələbəmizdə bəxt amilinin də rolu oldu".
Elxan Abdullayev : Bərabər səviyyədə mübarizə getdi. İstər birinci hissədə, istərsə də fasilədən sonra bir çox imkanlar əədə etsək də, onlardan yararlana bilmədik. Hakimdən narazıyam. Bir neçə epizodda Zaynala və Boldovaliyevə də sarı vərəqə göstərməli idi".